Ermənistandakı hadisələr sülh prosesinə ziyan vura bilər? - "Bu, yeni müharibəni labüd edəcək...”

Ermənistandakı hadisələr sülh prosesinə ziyan vura bilər? -
Xəbər verdiyimiz kimi, Ermənistanda general-mayor Samvel Karapetyan (Oqanovski) Xankəndidə baş verən atışma işi ilə bağlı saxlanılıb. Atışma mayın 10-da saat 19:10 radələrində baş verib. Bir mülki şəxsin də saxlanıldığı bildirilir.
 
Xankəndində baş verən hadisələrlə bağlı Sfera.az-a açıqlama verən politoloq Zaur Məmmədov xatırladıb ki,  Samvel Karapetyan erməni cəmiyyətində cani və Robertin cəlladlarından biri kimi tanınır:

"Məşhur mart 2008-ci il hadisələri zamanı Karapetyan özünün birbaşa rəhbərliyi ilə 20 nəfərlik qrupu həmin vaxt prezident iqamətgahının zirzəmisində gizlədib, 1 mart mitinqləri zamanı məhz həmin dəstənin üzvləri müxalifətin, o cümlədən Ter- Petrosyan və Paşinyanın tərəfdarlarına atəş açıb. Görünən odur ki, atəş açmaqda və terrorda xüsusi təcrübələri olan Robert Köçəryan, Samvel Karapetyan, Serj Sarkisyan bəzi xarici dairələrdən uzun müddətdən sonra aldıqları  xeyir-dua ilə Nikol Paşinyana qarşı genişmiqyaslı təzyiqə start veriblər. Belə çıxır ki, İrəvanda, Gümrüdə, Üçkilsədə və sair regionlarda davam etməkdə olan aksiyalar Xankəndiyə də təsirsiz ötüşməyəcək.

Bu kontekstdə, yaxın vaxtlarda revanşist qüvvələrin məqsədlərinə çatmayacaqları təqdirdə, Qarabağdakı ermənilər arasında da bölgü aparacaqları istisna deyil. Bəzi iddialara görə, Robert yaxın ətrafı vasitəsilə Arutunyandan mövqe nümayiş etdirməyi tələb edib. Dünən Samvel Karapetyan tərəfindən açılan atəş də separatçılar arasında da vəziyyətin yaxşı olmadığının, Ermənistandakı siyasi mübarizənin yaxın vaxtlarda Xankəndidə daha ciddi şəkildə hiss ediləcəyindən xəbər verir”.

Politoloq qeyd edib ki, son günlərdə Kəlbəcər istiqamətində Azərbaycan ordusuna qarşı törədilən təxribatın  arxasında məhz Köçəryan dayanır:
"Bununla da, Köçəryan və onun komandası "sərhəddəki mümkün uğursuzluq" fonunda Paşinyanın ictimaiyyət qarşısındakı reytinqini çalxalamaq istəyir. Bu təcrübə yeni deyil, bundan əvvəl sülhməramlıların müvəqqəti yerləşdikləri ərazidəki təxribat nəticəsində Paşinyana ciddi şəkildə təzyiqlər edilib. Hətta, Paşinyan sülhməramlıları günahlandıran bəyanatlar da verib. Hazırda müəyyən dövlətlər və müxalifət Paşinyanı devirmək üçün "uyğun" vaxt seçiblər. 1998-ci ildə olduğu kimi bu dəfə də Azərbaycan və Ermənistan arasında ciddi danışıqların getdiyi bir vaxtda Robert Köçəryan keçmiş təcrübəsini ikinci dəfə reallaşdırmaq və legitim hakimiyyəti kürsüdən qovmaq iddiasına düşüb. Tarix yenidən təkrarlanır. Sadəcə indi Ter-Petrosyanın yerinə Paşinyandır. Radikal müxalifətin arxasında isə, elə həmin xarici dairələr və daxildəki qaniçən sosial bazadır”.

Ekspert deyib ki,  Ermənistandakı hadisələr sülh prosesinə ziyan vura bilər:

"Ermənilər əmin olmalıdırlar ki, Paşinyanın mövcud vəziyyət fonunda üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi və ya yeni gələcək hakimiyyətin "öhdəlikləri biz götürməmişik, xain Paşinyan götürüb" kimi mümkün iddiaları yeni müharibəni labüd edəcək”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...