Aİ-nin Rusiyadan enerji asılılığı bu tarixdə bitəcək – 205 milyard dollarlıq plan

Aİ-nin Rusiyadan enerji asılılığı bu tarixdə bitəcək – 205 milyard dollarlıq plan
Avropa İttifaqı 2027-ci ilə qədər Rusiyadan enerji idxalından asılılığını azaltmaq və bərpa olunan enerji layihələrini artırmaq üçün 195 milyard avroluq (205 milyard dollar) planı açıqlayacaq.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ittifaq ölkələri bərpa olunan enerjiyə keçidi sürətləndirmək və qaynaqları şaxələndirmək hədəfi çərçivəsində Rusiyadan təbii qaz, kömür və neft idxalını azaltmaq üçün yeni strategiya hazırlayır.

Məlumatlara görə, Avropa İttifaqının icra orqanı 2030-cu ilə qədər təmiz enerjiyə keçidi 40 faizdən 45 faizə qaldırmağı təklif edəcək. Mənbələrin məlumatına görə, yeni strategiya ilə 80 milyard avroluq təbii qaza, 12 milyard avro dəyərində neftə və 1,7 milyard avro dəyərində kömürə qənaət ediləcək. Komissiyanın paketi mayın 18-də qəbul edəcəyi gözlənilir.

Paket biometan üçün yol xəritəsini, hidrogen istehsalı və idxalını artırmaq planını, eyni zamanda Avropa İttifaqından kənarda olan enerji mənbələrinin şaxələnməsini əhatə edəcək.


Vasif
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR