Havalar isinmir: hansı sahələr risk altındadır? – “Taxıl üçün müsbət haldır, lakin…”

Havalar isinmir: hansı sahələr risk altındadır? – “Taxıl üçün müsbət haldır, lakin…”
Son günlər respublika ərazisində hökm sürən qeyri-sabit hava, güclü külək və yağış may ayı üçün xarakterik hesab olunmur.
 
Xüsusilə mövsümi meyvələrin yetişməsi, təsərrüfatın digər sahələri üçün soyuq hava kütləsi müsbət hal olaraq dəyərləndirilmir.
 
Mövzu ilə bağlı Sfera.az-a danışan kənd təsrrüfatı məsələləri üzrə ekspert Aydın Nəsirov havanın kəskin şəkildə aşağı düşməsinin kənd təsərrüfatında müəyyən problemlər yaradacağını deyib:

"Bəzi meyvə və bitkilərin çiçəklənmə dövrü artıq yekunlaşıb. Əgər bundan sonra havanın tempraturu aşağı olarsa, bu, meyvəçiliyə ciddi ziyan verə bilər. Ümumilikdə isə kənd təsərrüfatı sahəsi çox risklidir. Bu sektor hava, iqlim şəraitindən sığortalanmayıb. Son günlər, xüsusilə yaz ayları üçün xarakterik olmayan belə soyuq kənd təsərrüfatına ham mənfi, həm də müsbət təsir edir. Müsbət təsir özünü taxılçılıqda göstərir. Belə ki, qarın, yağışın yağması torpaqda münbitliyi, nəmi artırır. Bu da taxıl bitkilərinin inkişafı üçün çox yaxşıdır".

Ekspert soyuq hava şəraitinin bostan bitkiləri üçün də xeyirli ola biləcəyini vurğulayıb:

"Tərəvəz məhsullarını aprelin ikinci ongünlüyündən sahələrə köçürməyə başlayırlar. Xüsusən də pomidor, xiyar və digər bostan məhsullarının əkini aprelin ortalarından başlayır. Soyuq hava kütləsi bostan bitkilərinin inkişafına müsbət təsir edəcək. Xüsusən də, meyvəçiliklə məşğul olan fermerlər şaxtalı havadan sonra bəzi qabaqlayıcı tədbirlər görməlidir. Torpağa kompleks gübrələr verilməli, torpaq yaxşıca bellənməlidir”. 

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Özü rus, xanımı ukraynalı Milli Qəhrəman - VİDEO

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin kapitanı, Milli Qəhrəman İqor Kşnyakinin xanımı Yana Kşnyakina “İTV”yə müsahibə verib. &nb...

Xalq artisti Ənvər Həsənovun dəfn yeri MƏLUM OLDU

Ötən gün axşam saatlarında vəfat edən Xalq artisti Ənvər Həsənov bu gün torpağa tapşırılacaq.   Sfera.az xəbər verir ki, bu barədə onun yaxınları məl...

ABŞ-də tornado nəticəsinə ölənlərin sayı 36-ya çatdı

ABŞ-nin bir neçə ştatını vuran qasırğa nəticəsində ölənlərin sayı 36-ya çatıb.   Sfera.az xəbər verir ki, məlumatı ABŞ prezidenti Donald Tramp Truth ...

40 alpinistin gözü qarşısında faciəli şəkildə vəfat edən Devid Şarpın hekayəsi

Everest dünyanın ən yüksək zirvəsi və eyni zamanda ən təhlükəli dağlarından biri kimi tanınır. Zirvəyə çatmaq üçün tələb olunan fiziki dözümlə yanaşı, həddindən...

YUĞ-da nə baş verib? - Teatr üzr istədi

Azərbaycan Dövlət YUĞ Teatrında nümayiş olunan “Asılqan” tamaşası yarımçıq dayandırılıb.   Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, ...

Nazirlik Xalq artistinin ölümü ilə bağlı nekroloq yaydı

Xalq artisti Ənvər Həsənovun Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.   Sfera.az xəbər v...