“Pulitzer” mükafatının bu ilki qalibləri - SİYAHI

“Pulitzer” mükafatının bu ilki qalibləri - SİYAHI
Dünyanın ən nüfuzlu mükafatlarından biri olan "Pulitzer” öz sahiblərini tapıb.
 
Sfera.az bildirir ki, Pulitzer Komitəsi bu il 15 nominasiya üzrə qaliblərdən əlavə, öz ölkələrindəki müharibəni izləyən ukraynalı jurnalistlərə də xüsusi mükafatlar verib. Komitənin bəyanatında Ukrayna müharibəsində həyatını itirən jurnalistlər də yad edilib.
 
"Pulitzer 2022”nin qalibləri bunlardır:

Dövlət Xidməti: "The Washington Post” - mükafatı keçən il yanvarın 6-da Tramp tərəfdarlarının Konqresə basqın etməsi ilə bağlı xəbərinə görə.

Son dəqiqə xəbərləri: "Miami Herald” qəzetinin komandası - keçən iyunda Mayamidə çökən yaşayış kompleksi ilə bağlı xəbərləri paylaşdığına görə.

Beynəlxalq Jurnalistika: "The New York Times” -  ABŞ-ın İraq, Suriya və Əfqanıstanda mülki insanların ölümünə səbəb olması xəbərinə görə.

Araşdırma Jurnalistikası: "Tampa Bay Times” qəzetinin müxbirləri - Floridanın təkrar emal zavodunun vurduğu ziyandan bəhs edən "Sudakı zəhər” silsilə yazılarına görə.

Son dəqiqə foto-xəbər: "Los Angeles Times”ın Əfqanıstandan çəkilən ABŞ qüvvələrinin fotoşəkilləri və "Getty Images” fotomüxbirlərinin ABŞ Kapitoliyasına basqının fotoları mükafatlandırılıb.

Fotoqrafiya: "Reuters” xəbər agentliyinin fotojurnalistləri - Hindistanda COVID-19 epidemiyasının təsirlərini göstərən fotoşəkillərinə görə.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...