"Ulu öndər medianın demokratik standartlara uyğunlaşdırılması üçün mühüm işlər görüb" - Əhməd İsmayılov

"1995-ci il ulu öndərin rəhbərliyi altında hazırlanan konstitusiyada söz, fikir və mətbuat azadlığı ilə bağlı konkret müddəalar əksini tapmışdı. Onun rəhbərliyi ilə söz və plüarilizmə mane olan müddəalar aradan qaldırıldı".

Sfera.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Ulu Öndər Heydər Əliyevin 99 illiyi münasibətilə təşkil olunmuş "Heydər Əliyev və müstəqil Azərbaycan mediasının inkişafı" adlı tədbirdə çıxışı zamanı bildirib.

Ə.İsmayılov ümummilli liderin Azərbaycan mətbuatının demokratikləşdirilməsi yolunda atdığı addımlara diqqət çəkib:

"Ulu öndər medianın beynəlxalq, demokratik standartlara uyğunlaşdırılması üçün mühüm işlər görüb. Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, onlara güzəştlərin edilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Ulu öndər Azərbaycan mətbuatını yaradılmasının yubileylərinin təşkil edilməsinin əsasını qoyub". 

MEDİA sədri ümummili liderin media siyasətinin onun ardıcılı tərəfindən layiqincə həyata keçirildiyini də vurğulayıb:

"Hazırda öz inkişafının mühüm mərhələsini yaşayan Azərbaycanda məqsədyönlü və ardıcıl siyasət həyata keçirilir. Prezident İlham Əliyev də mətbuatın inkişafı istiqamətində mühüm işlərin görülməsi ilə bağlı müvafiq göstərişlər verib.

Müzəffər ali baş komandanın 44 günlük savaşda qalibiyyətə imza atması bütün sahələrdə olduğu kimi media tərəfindən də yüksək dəyərləndirilir. Dövlət başçısı demək olar ki, bütün müşavirələrdə güclü ictimai nəzarətin olmasına, problemlərin həllinə də diqqət çəkir".


Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Özü rus, xanımı ukraynalı Milli Qəhrəman - VİDEO

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin kapitanı, Milli Qəhrəman İqor Kşnyakinin xanımı Yana Kşnyakina “İTV”yə müsahibə verib. &nb...

Xalq artisti Ənvər Həsənovun dəfn yeri MƏLUM OLDU

Ötən gün axşam saatlarında vəfat edən Xalq artisti Ənvər Həsənov bu gün torpağa tapşırılacaq.   Sfera.az xəbər verir ki, bu barədə onun yaxınları məl...

ABŞ-də tornado nəticəsinə ölənlərin sayı 36-ya çatdı

ABŞ-nin bir neçə ştatını vuran qasırğa nəticəsində ölənlərin sayı 36-ya çatıb.   Sfera.az xəbər verir ki, məlumatı ABŞ prezidenti Donald Tramp Truth ...

40 alpinistin gözü qarşısında faciəli şəkildə vəfat edən Devid Şarpın hekayəsi

Everest dünyanın ən yüksək zirvəsi və eyni zamanda ən təhlükəli dağlarından biri kimi tanınır. Zirvəyə çatmaq üçün tələb olunan fiziki dözümlə yanaşı, həddindən...

YUĞ-da nə baş verib? - Teatr üzr istədi

Azərbaycan Dövlət YUĞ Teatrında nümayiş olunan “Asılqan” tamaşası yarımçıq dayandırılıb.   Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, ...

Nazirlik Xalq artistinin ölümü ilə bağlı nekroloq yaydı

Xalq artisti Ənvər Həsənovun Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.   Sfera.az xəbər v...