“Bu tarixdən etibarən Türkiyənin hərbi bazası Azərbaycanda olacaq” – AÇIQLAMA

“Bu tarixdən etibarən Türkiyənin hərbi bazası Azərbaycanda olacaq” – AÇIQLAMA
"Rusiya nümayəndəsinin BMT-də Azərbaycanı bioloji silahların laboratoriyası qurmaqda ittiham etməsi, Kremlin yeni təzyiq mexanizmdir”. 

Sfera.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə bildirib. Ekspert Rusiyanın bu ittihamla post-sovet ölkələrini işğal edəcəyini planlaşdırdığını deyib:

"Məhz Rusiya Ukraynada öz hərbi məqsədlərinə nail olub, Kiyevi işğal edə bilsə idi, bu ittihamlarla post-sovet ölkələrini işğal edəcəkdi. Rusiya Azərbaycanın Cənubi Qafqazda yaratdığı geosiyasi nizamı qəbul etmir. Bu geosiyasi nizam iqtisadi-siyasi əməkdaşlıq, sülhün və təhlükəsizliyin təmini, həmçinin Ermənistanla sülh müqaviləsinin bağlanmasını özündə ehtiva edir. Brüsselin vasitəçiliyi ilə Azərbaycanın Ermənistanla birbaşa təması və normallaşma prosesinə başlaması Moskvanın Azərbaycana qarşı təhdidlərinə və Ermənistanda müxalifətin etirazlara başlamasına rəvac verdi. Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini bağlamasına sükutla yanaşmayacaq. Sülh Qarabağda ciddi təxribatlara rəvac verə bilər”. 

Ekspert gələn il türk hərbi bazasının Azərbaycanda yerləşdirilə biləcəyinə diqqət çəkib:

"Bundan əlavə, Brüsselde əldə olunuş razılaşamaya əsasən, aprelin sonunda sərhədlərin delimitasiya və demarkasiyası üzrə ikitərəfli komissiya yaradılmalı idi. Məhz Rusiyanın müdaxiləsindən sonra bu komissiya yaradılmadı. Rusiyanın Azərbaycana təzyiqləri müsbət nəticə verməyəcək. Prezident İlham Əliyevin Türkiyə ilə sıx siyasi-hərbi əməkdaşlığı dərinləşdirməsi nəticəsində Moskvanın təzyiqləri qarşısında ölkəmiz duruş gətirə bilir. 

Qeyd edim ki, Rusiyanın Ukraynaya qarşı işğalı, qonşu ölkələrin təhlükəsizliyi ön plana çıxıb. Azərbaycan da öz hərbi doktirinasında dəyişikliklər edib, Türkiyənin hərbi bazasını ölkə ərazisində rəsmən yerləşdirməlidir. Bu istiqamətdə işlərin getdiyi istisna deyil və növbəti ildə türk hərbi bazası Azərbaycanda mövcud ola bilər”.

Əzizə Zeynal 
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Quş ətinin qiyməti KƏSKİN ARTDI

Quş ətinin qiyməti artıb.   Sfera.az bildirir ki, paytaxt sakinlərinin sözlərinə görə, əvvəllər 17, 18 manata aldıqları hinduşka əti indi 19-20 manat...

5 hərbçinin ölümü ilə bağlı cinayət işi açıldı

Tovuzda 5 hərbi qulluqçu olmaqla, 6 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.   Sfera.az xəbər verir ki, qəza ilə ba...

Hikmət Məmmədov vəzifəsindən AZAD EDİLDİ

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədr müavini Hikmət Məmmədov işdən çıxarılıb.   Sfera.az-ın məlumatına görə, o, bir müddət əvvəl...

Əfsanəvi kəşfiyyatçının atası vəfat etdi - FOTO

Əfsanəvi kəşfiyyatçı şəhid Şahlar Nəzərovun atası Yaşar Nəzərov noyabrın 27-sində, Bakıda müalicə aldığı kıinikada dünyasını dəyişib.   Sfera.az bild...

Avropada “Dubay şokoladı”nı dadmaq üçün 10 saat növbəyə dururlar

“Dubay şokoladı” adlanan - kadayıf xəmiri və püstə ilə doldurulmuş barlar 2024-cü ildə sosial şəbəkələrdə populyarlaşıb. Bu dadın pərəstişkarları şo...

Bayden yaxın günlərdə Qəzzada atəşkəsə nail olmağa çalışacağına söz verdi

ABŞ və İsrail Misir, Qətər və Türkiyədən olan vasitəçilərlə birlikdə  yaxın günlərdə Qəzza zolağında atəşkəsə nail ...