\"Merilin Monro\" rekord qiymətə satıldı - XX əsrin ən bahalı sənət əsəri

\
Pop-art cərəyanının ən önəmli nümayəndələrindən biri, amerikalı rəssam Endi Uorholun "Merilin Monro” portretlərindən biri rekord qiymətə satılıb.
 
Sfera.az bildirir ki,  amerikalı rəssamın 1964-cü çəkdiyi "Shot Sage Blue Marilyn” adlı əsəri ABŞ-ın Nyu-York şəhərindəki "Christie's” hərrac evində hərraca çıxarılıb. Əsər vergilər də daxil olmaqla 195 milyon dollara alıcı taparaq "XX əsrin ən bahalı sənət əsəri" olub. 1960-cı illərdə ərsəyə gətirilən portret, həmçinin bütün zamanların ikinci ən bahalı sənət əsəri kimi qeydə alınıb. Satışdan əldə olunan vəsaitin Uşaq Xeyriyyə Fonduna veriləcəyi bildirilib.

Qeyd edək ki, dünyanın ən bahalı sənət əsəri Leonardo da Vinçinin 2017-ci ildə 450 milyon dollara satılan İsa Məsihin təsvir olunduğu "Xilaskar Mundi” adlı işidir.

Türkan
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1