“Mədəniyyətimizin təbliği üçün parlamentin üzərinə yeni vəzifələr düşür” – Millət vəkili

“Mədəniyyətimizin təbliği üçün parlamentin üzərinə yeni vəzifələr düşür” – Millət vəkili
Dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı XX yüzilliyin sonlarında yenidən müstəqilliyini bərpa etdi, XXI  yüzilliyin əvvəllərində isə işğalda olan torpaqlarını azad etməklə bütün dünyaya milli birlik, qəhrəmanlıq nümunəsini aşıladı.
 
Bütün bunların fövqündə dayanan əsas məsələlərin sırasında isə heç şübhəsiz ki, güclü dövlətçilik ruhu, adət-ənənələrə sadiqlik və vətənpərvərlik hissləri yer alır. 
 
Maraqlıdır, Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqamətində atılan addımları, görülən işləri qənaətbəxş hesab etmək mümkündürmü?
 
Mövzu ilə bağlı Sfera.az-a danışan millət vəkili Vüqar İskəndərov bir xalqın tarixində milli-mədəni dəyərlərin üstün olmasının əhəmiyyətindən söz açıb. Deputat Azərbaycan xalqının tarix boyu adət-ənənələrə sadiq qalmasını və bunun perspektivdə də davam edəcəyini bildirib:
 
 
"Bir xalqın təşəkkül tapmasında, inkişaf etməsində, milli özünüdərk sisteminin indentifikasiyasında əsas məsələ onun mədəni dəyərlərinin mövcud olmasıdır. Bununla belə, milli adət-ənənələrinin qorunub-saxlanılması mühümdür. Azərbaycan xalqı xoşbəxt xalqlardandır ki, zəngin mədəniyyəti, milli adət-ənənələri və onların hər birinə hörmət ruhunda tərbiyə almış insanları var. Azərbaycanlı dedikdə adətən göz önünə böyük və kiçiyə hörmət edən, ağsaqqala ehtiram göstərən, öz dəyərlərini qoruyan şəxs göz önündə canlanır. Digər məsələ isə xalqın elmli olmasıdır ki, Azərbaycan xalqının da böyük faizi təhsilli sayılır. Müasir dövrümüz elm və texnika əsridir. Hər şeyin dəyişdiyi zamanda biz dünyaya inteqrasiya olunuruq, burada əsas məsələlərdən biri yeni bilikləri, elmi nailiyyətləri ölkəmizə gətirmək və tətbiq etməkdir. Bununla bərabər isə milli dəyərlər unudulmamalıdır”. 
 
Millət vəkili elm və mədəniyyətin təbliğində ölkə başçısının, dövlət proqramlarının xüsusi rolunun olduğunu qeyd edib. Müsahibimiz bu gün qalib Azərbaycan gəncinin bəşəri simvol olduğunu da sözlərinə əlavə edib:
 
"Ölkə Prezidenti İlham Əliyev gənclərlə görüşlərində də bu kimi məsələlərə toxunub. Bu görüşlərdə gənclərə verilən tövsiyələr arasında onların savadlı, vətənpərvər olması kimi məsələlər dayanır. Bunlar Azərbaycan xalqının bütün sferalardakı inkişafını təmin edir. Düşünürəm ki, bununla bağlı dövlətin xüsusi proqramı da mövcuddur və parlamentin üzərinə yeni qanunların hazırlanması ilə bağlı vəzifə düşür. 
 
Xalq və dövlətin bu kimi məsələlərin üzərində çalışması lazımdır. Azərbaycan xalqı həmin xalqlardandır ki, müasir dövrdə vətənpərvər insanların yetişdirildiyini bütün dünyaya göstərmiş oldu. Bu gün müzəffər azərbaycanlı obrazı dünya üçün nümunə sayılır. Azərbaycan gənci indi fəxarət simvoludur.
Bu məsələlərin fonunda qeyd etməliyəm ki, bütün sahələrdə davamlı və dayanıqlı olmalı və insanlar sözügedən istiqamətlərdə üzərilərinə düşən vəzifə və öhdəlikləri yerinə yetirməlidirlər”.  
 
Əzizə Zeynal
Sfera.az
 
MÖVZU: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği 
 
QEYD: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb.
 
 

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...