Makron Rusiya-Ukrayna məsələsində niyə bu qədər canfəşanlıq edir? - Pərdəarxasındakı detallar

Makron Rusiya-Ukrayna məsələsində niyə bu qədər canfəşanlıq edir? - Pərdəarxasındakı detallar
Fransa prezidenti Emmanuel Makron ikinci dəfə prezident seçiləndən sonra Rusiya-Ukrayna arasında atəşkəsin imzalanması istiqamətində xüsusi canfəşanlıq göstərir.
 
Ötən həftələrdə Putinlə telefon danışığı zamanı bunu dilə gətirən ölkə başçısı, bu dəfə də çıxışı zamanı "Bizim istədiyimiz sülhə nail olmaq, Rusiya qoşunlarının Ukraynadan davamlı şəkildə çıxarılması üçün Moskva və Kiyev nümayəndə heyətləri arasında davam edən danışıqları başa çatdırmağa imkan verəcək erkən atəşkəsdir. Biz Ukraynanın müəyyən edəcəyi şərtlərlə danışıqlara kömək etmək istəyirik”, - deyə söyləyib.
 
Maraqlıdır, Makronun bu canfəşanlığının arxasında hansı məqsədlər dayanır?

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, Fransa Prezidenti Emmanuel Makronun Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar göstərdiyi təşəbbüslər yeni deyil desək, mübaliğə etmərik. Müsahibimizin sözlərinə görə, o, bu missiyanı ilk prezidentliyi dövründə də fəal şəkildə həyata keçirirdi:

"Əlbəttə, Fransa prezidentinin ilk məqsədi Türkiyəni danışıqlar prosesindən uzaqlaşdırmaq və təşəbbüsü ələ almaqdır. Daha sonra isə Makron, ABŞ və Böyük Britaniyanın  bu müharibədəki rollarını azaltmağa çalışır. Çünki müharibə davam etdikcə Ağ Ev ortaya daha böyük sərmayə qoyur. Böyük Britaniya da Ukraynanın silah-sursat və hərbi ləvazimatla təmin edilməsində ciddi rol oynamağa başlayır. Avropa İttifaqı Ukraynanın zəruri silah, hərbi texnika, ərzaqla təmin edilməsində ABŞ-la müqayisəolunmaz səviyyədə geri qalır. Müharibə uzandıqca NATO-nun Avropa üzrə müttəfiqlərinin bir tərəfdən hərbi ehtiyatı tükənir, digər tərəfdən Rusiya hücumu qarşısında onların da müasir Amerika silahlarına tələbatı artır”.

Politoloq qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi Şərqi Avropa dövlətlərinin ABŞ ətrafında daha sıx birləşməsinə gətirib çıxarır və  bu,  nə Fransa, nə də Almaniyanın ürəyincədir:

"Axı Avropanın bu hegemon dövlətlərinin qarşılarına qoyduqları məqsədlərdən biri də ABŞ-dan hərbi sahədə asılılığın getdikcə azaldılmasıdır. Müharibə nə qədər tez bitərsə, Fransa və Almaniya üçün bir o qədər faydalı olacaq. Çünki Avropanın mərkəzində olan münaqişə bu ölkələrin həm də iqtisadi cəhətdən zəifləməsinə gətirib çıxarır. Bu gün Türkiyənin vasitəçiliyinə qısqanclıqla yanaşan Fransa və Almaniya sabah bu vasitəçilik üçün Türkiyəyə yalvaracaqlar. Çünki, Türkiyənin malik olduğu mexanizm bu Avropa dövlətlərində mövcud deyil”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...