Dalğıclar “Atlantidaya gedən yol”u tapdılar – FOTOLAR

Dalğıclar “Atlantidaya gedən yol”u tapdılar – FOTOLAR
Okean Araşdırmaları Fondunun dalğıcları tərəfindən çox mühüm kəşf edilib. 
 
Sfera.az xəbər verir ki, Havay adaları yaxınlığındakı Papahanaumokuakea Dəniz Milli Abidəsində dalğıc kərpicli yol aşkar edib. 

"Indepedent Turkish”də yer alan xəbərə görə, ekspedisiya gəmisi heyəti Sakit Okeanın dibində son dərəcə təəccüblü mənzərə ilə qarşılaşıb. Havay adaları yaxınlığındakı ərazini araşdıran komanda ilk baxışdan insan tərəfindən yaradılmış kimi görünən "sarı kərpic yolu” aşkar edib. Sözgedən yol, ərazi əfsanəvi itirilmiş Atlantida qitəsinə bənzədilib. Görüntüləri şərh edən komanda üzvü yolu "Atlantidaya gedən yol” kimi təsvir edib.

Qurudulmuş göl yatağı olduğu anlaşılan quruluşun qədim dövrlərdə bölgədə mövcud olan aktiv bir vulkan səbəbiylə meydana gəldiyi deyilib. 

İnci
Sfera.az 


OXŞAR XƏBƏRLƏR