Məxfi sənədlər ÜZƏ ÇIXDI: İşğalın başladığı gün Putin 30 iş adamı ilə görüşüb - İnanılmaz \"ofşor əməliyyatı \"

Məxfi sənədlər ÜZƏ ÇIXDI: İşğalın başladığı gün Putin 30 iş adamı ilə görüşüb - İnanılmaz  \
Məxfi sənədlər rus oliqarxlarının öz sərvətlərini xaricdəki ofşor şirkətlərə necə ötürdüklərini üzə çıxarıb.

Sfera.az bildirir ki, məlumata görə, fevralın 24-də Rusiya Ukraynaya müharibə elan edən zaman Vladimir Putin ölkənin bir qrup zəngin iş adamını Kremlə dəvət edib. Qonaqların hər biri Rusiya iqtisadiyyatının sadiq tərəfdarı olub. Onlardan 14-ü milyarder kimi təsnif edilib. Qeyd olunub ki, şirkətləri ölkənin əsas sektorları olan neft, təbii qaz, bank və kimya sektorlarının lideri olan bu şəxslərin bəziləri 20 ildən artıqdır ki, Putinlə görüşür.

Lakin üzə çıxan məxfi sənədlərə görə, Putinlə əlaqələrinə baxmayaraq, onlardan bir çoxu illərdir sərvətlərini xaricə köçürüblər. "The Washington Post”un "Pandora sənədləri” adlı məxfi məlumatlara əsaslanan yazısına əsasən, 37 iştirakçının yarıdan çoxu yüz milyonlarla dolları idarə edən, maliyyə investisiyaları həyata keçirən, kreditlər verən ofşor şirkətləri ilə birbaşa və ya yaxından əlaqəli şəxslərdən ibarət olub.
 
ABŞ, Böyük Britaniya və Aİ-nin sanksiyaları Kreml görüşündə iştirak edən iki iş adamı istisna olmaqla, bütün iştirakçıları əhatə edib. Rusiya iqtisadiyyatına dair araşdırmaların böyük əksəriyyətinə görə, Rusiyanın ofşor şirkətlərində bir trilyon dollar var. Bəzi hesablamalara görə, rus oliqarxlarının sərvəti bütün rusların ümumi qazancına bərabərdir.

Putin illər boyu, o cümlədən Ukraynaya qarşı müharibənin başladığı gün rus oliqarxları ilə müntəzəm görüşüb. Fevralın 24-də keçirilən iclasda iştirak edənlərin bəziləri Sovet İttifaqının dağılması ilə başlayan dövlət əmlaklarının özəlləşdirilməsindən, bir qrup milyarderin yaranmasına səbəb olan sərvətin təlatümlü transferindən bəhrələnmiş şəxslərdən ibarət idi.
 
Rusiyada kapitalın qaçış dalğası 1990-cı illərdə, Rusiyada böyük sərvət toplayan bəzi insanların xaricin daha təhlükəsiz olduğu qənaətinə gəlməsindən sonra başlayıb. Rus milyarderlərinin sərvətlərini xaricə köçürməsi sonda siyasi məsələyə çevrilib. Putin 2014-cü ildə eyni mövzuda etdiyi çıxışında ofşor şirkətləri olan şəxsləri kapitallarını Rusiyaya qaytarmağa dəvət edib və "kapitallarının mənbələri və onu əldə etmə yolları haqqında” heç bir sual verilməyəcəyini vurğulayıb. Bir şəxsin Rusiyada əmlakını leqallaşdıracağı təqdirdə heç bir dövlət qurumu, o cümlədən hüquq-mühafizə orqanları tərəfindən müdaxilə olmayacağına dair hüquqi təminat verəcəyini vəd edən Rusiya prezidenti, "Bu şəxs vergi idarələri tərəfindən heç bir tədbirlə üzləşməyəcək”, - deyə bildirib. Lakin Kreml görüşündə hələ də xaricdə aktivləri olan iş adamlarının çoxluğu Putinin təşəbbüsünün uğursuzluğunu əks etdirib.

Qeyd edək ki, ofşor şirkətlərdən istifadə şəxsi sərvətləri tədqiqatçılardan, vergi orqanlarından, rəqib oliqarxlardan qoruya, həmçinin Qərb ölkələrinin Putinin müttəfiqlərini cəzalandırmaq üçün tətbiq etdiyi son iqtisadi sanksiyaların qarşısını ala bilər.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...