"Qərb Rusiya ilə bağlı məqsədlərinə çatmayanadək savaşı dayandırmayacaq"

NATO yaxın həftələrdə Ukraynada müharibənin daha da genişlənəcəyini gözləyir. Bu barədə Alyansın Baş katibi Yens Stoltenberq ötən gün "Velt am Sonntaq” qəzetinə müsahibəsində deyib.
 
Onun sözlərinə görə, Ukraynaya silah tədarükü davam edəcək: "Kiyev uzunmüddətli perspektivdə özünü yalnız sovet dövründən qalmış silahlarla müdafiə edə bilməz. Artıq Ukraynaya müasir silahlar verilməlidir”.
 
Alyansın Baş katibinin müavini Mirça Coane isə "Əl-Cəzirə” telekanalına müsahibəsində söyləyib ki, Ukraynada müharibənin həlledici dövrü başlayır. Onun sözlərinə görə, savaşın mümkün eskalasiyası gözlənilmir.

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, savaşın ilk günlərinə nisbətən Qərbin Kiyevə dəstəyi indi daha aydın görünür və bu, onu deməyə əsas verir ki, bütün prosesləri idarə edə Qərb imiş:

"Məhz bəzi NATO ölkələri əvvəlcə Ukraynanı "bataqlığa” çevirdilər, sonra isə Rusiyanı bura çəkdilər. Məqsəd Kremli zəiflətmək, onu idarə olunan vəziyyətə gətirməkdir. Lakin Qərb hələ istədiyi nəticəni əldə etməyib. Ona görə də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun da dediyi kimi, Alyans daxilindəki bəzi dövlətlər savaşın bitməsində maraqlı deyillər. Kiyevə dəstəyin, o cümlədən hərbi təminatın davam etməsi də bu baxımdan qiymətləndirilməlidir. NATO baş katibinın sözügedən açıqlaması əslində heç də Ukraynaya dəstəyin təzahürü deyil. Bu, daha çox Alyansın arzuları, gələcək planları kimi qiymətləndirilməlidir”.

Müsahibimiz qeyd edib ki, yaxın günlərdə NATO-nun Ukraynaya daha ağır silahlar verəcəyini güman etmək olar:

"Əvvəllər də dediyimiz kimi, döyüşlərin Rusiya ərazisinə keçməsi ehtimalı qətiyyən istisna deyil. Hətta, ola bilsin, Dnestryanıdakı hadisələr də Kreml üçün əks effekt versin və Rusiyanın daha da zəifləməyinə şərait yaratsın. Hər halda bu, Qərbin arzuladığı ssenaridir. Məsələ aydındır: savaş asanlıqla bitməyəcək. Artıq Qərb dövlətlərinin müharibəyə təsir imkanları artır. Bunun fonunda döyüşlər tərəflərin  nəzarətindən çıxır. Qərb Rusiya ilə bağlı məqsədlərinə çatmayanadək savaşı dayandırmayacaq. Həmin nəticə isə region üçün daha ciddi təhlükələr yaradacaq”.

 
Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ceff Bezosun nişanlısı məhkəməyə verildi

Amerikalı milyarder Ceff Bezosun nişanlısı Lauren Sançez keçmiş yoqa təlimatçısı tərəfindən məhkəməyə verilib.    Sfera.az bildirir ki, keçmiş j...

Bu gün Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

COP29 zamanı Bakıda 350 elektrik avtobusu işləyəcək

BMT-nin​ İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olu...

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...