Bu gün DİM 9 və 11-ci siniflər üçün imtahan keçirir

Təhsil
12:07 / 08.05.2022
887
Bu gün 9 və 11-ci sinif şagirdləri, həmçinin əvvəlki illərin məzunları üçün Azərbaycan dili imtahanı, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan və peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün imtahanın I mərhələsini keçirilir.
Sfera.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadla xəbər verir ki, Azərbaycan dili imtahanı 21 şəhər və rayonda, 95 binada aparılır. İmtahanda 20 min 555 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində keçirilir. İmtahan 2 saat 30 dəqiqə davam edəcək. AB, AC, BA vəzifə qrupları üzrə olan imtahanlar isə DİM-in binasında kompüter vasitəsilə keçirilir.