Hitler fanatı olan cütlüyün toyu qalmaqal yaratdı: Məclisə SS zabitlərinin geyimində gəldilər... - FOTOLAR

Hitler fanatı olan cütlüyün toyu qalmaqal yaratdı: Məclisə SS zabitlərinin geyimində gəldilər... - FOTOLAR
Meksikalı cütlüyün toyu dünyanın gündəminə oturub.
 
Sfera.az bildirir ki, Fernando və Cozefina adlı şəxslərin təkcə toy məclisləri deyil, sonradan təşkil etdikləri əyləncə də inanılmaz anlara səbəb olub. Belə ki, keçən ay Meksikanın mərkəzi Tlaxcala əyalətində, faşist Almaniyasından ilhamlanan və o dövrün ikonik elementlərini özündə cəmləşdirən toy məclisi təşkil edilib. 

Cütlük toya nasist SS zabitlərinin geyimində, svastika ilə bəzədilmiş Volksvagendə gəlib.  Onlar tarix kimi 77 il əvvəl evlənən Hitler və Eva Braunun evlilik ildönümünü - 29 apreli seçiblər. Soyadını mediadan gizlədən Fernando, "İnsanlar Hitlerin əsl hekayəsini bilmirlər. O,  vegetarian idi, ölkəsini ifrat yoxsulluqdan çıxartdı və Birinci Dünya Müharibəsində itirdiyi torpaqları öz xalqına qaytardı”, - deyə söyləyib.

Məlumata görə, toy məclisi Hitler tərəfdarları ilə dolu olub və  onların çoxu almansayağı hərbi geyimdə iştirak ediblər. Fernandonun isə ömür boyu nifrət dolu elektron məktublara və ölüm təhdidlərinə məruz qaldığı bildirilib. 

"Atam və əmilərim nasional-sosializmin davamçılarıdır və mən uşaqlıqdan insanlarla üz-üzə qalmışam. Güllələndim və hətta "nasist" deyə qışqırdığım zaman  bir nəfər silahı üzümə doğrultdu", - deyə o əlavə edib. 

Cozefina isə məclislə bağlı danışarkən bu fikirləri qeyd edib: "Mən Hitlerin hekayəsi haqqında çox şey bilmirdim, amma ərim danışdı və mən onu dəstəkləyirəm, çünki o, məsuliyyətlidir”.

Toy Meksika yəhudi icması tərəfindən də böyük reaksiya alıb. "Biz nasizmi müdafiə edən və tərifləyən hər cür hərəkəti qətiyyətlə pisləyirik”, deyə qurumdan bildirilib. 

Meksikanın hakimiyyət orqanları isə bu mövzuda səssiz qalıb, lakin Los-Ancelesdəki yəhudi insan haqları təşkilatı "Simon Wiesenthal Center” rəsmiləri inanılmaz hadisəyə qarşı "lazımi tədbir görməyə" çağırıb. Mərkəzin beynəlxalq əlaqələr şöbəsinin müdiri Şimon Samuels mətbuata açıqlamasında,  "Meksika Birləşmiş Millətlər Təşkilatının Holokostun təhrifini və irqçiliyin bütün formalarını pisləyən qətnaməsinə səs verdi. Lakin dövlət və ya hüquq müdafiə təşkilatları tərəfindən bu biabırçılığı pisləyən heç bir reaksiya olmadı”, - deyib.

Məlumata görə, Fernando və Cozefinanın iki övladı var. Böyük oğulları Reynhard SS lideri general Reynhard Heydrixin adını daşıyır, qızları Hanna Gertrudun adı isə Füreri müharibə cəbhəsində xilas etdiyi iddia edilən alman pilotu Hanna Reitsch və keçmiş hərbi komandir Gertrud Scholtz-Klinkdən götürülüb. 

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bu gün Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

COP29 zamanı Bakıda 350 elektrik avtobusu işləyəcək

BMT-nin​ İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olu...

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...