ABŞ-ın keçmiş müdafiə nazirindən ŞOK İDDİA: Tramp bu ölkəyə iki dəfə raket atmaq istəyib

ABŞ-ın keçmiş müdafiə nazirindən ŞOK İDDİA: Tramp bu ölkəyə iki dəfə raket atmaq istəyib
ABŞ-ın keçmiş müdafiə naziri Mark Tomas Esper sabiq prezident Donald Tramp haqqında inanılmaz iddialar irəli sürüb.
 
Sfera.az bildirir ki, o, "Müqəddəs and” (A Sacred Oath) adlı kitabında birlikdə çalışdıqları dönəmdə Trampın meksikalı səlahiyyətliləri bölgəyə nəzarəti təmin etməməkdə günahlandırdığını, narkotik laboratoriyaları məhv etmək üçün sözügedən ölkəyə iki dəfə raket atmağı təklif etdiyini yazıb. Esper hər zaman bu təklifə qarşı çıxdığını, lakin Trampın təkidlə "Bir neçə "Patriot” raketi vura, laboratoriyaları partlada bilərik. Kim soruşsa, hücumun ABŞ tərəfindən edilmədiyini açıqlayacağıq", - deyə söylədiyini vurğulayıb.

Kitabda 2020-ci ilin yayında ölkənin cənub sərhədində narkotik qaçaqmalçılığından narahat olan sabiq prezidentin bu təklifi ona iki dəfə etdiyini qeyd edən Mark Esper, bunu ilk eşidəndə Trampın zarafat etdiyini düşündüyünü, ancaq üzünə baxarkən ciddi olduğunu başa düşdqüyünü bildirib.

Keçmiş müdafiə naziri, həmçinin Tramp dövründəki işlərini və sirlərini Amerika xalqına çatdırmaq üçün yazdığı yeni kitabında sabiq prezidenti, "şəxsi mənafeyini düşünən insan və dövlət qulluğu vəzifəsinə layiq olmayan biri” kimi təsvir edib.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR