Keyt Midlton özünə şəxsi köməkçi axtarır - Təklif edilən maaş gündəm oldu

Keyt Midlton özünə şəxsi köməkçi axtarır -  Təklif edilən maaş gündəm oldu
Böyük Britaniya şahzadəsi Uilyamın xanımı Keyt Midlton Kensinqton sarayında işləyəcək xüsusi köməkçi axtarır.
 
Sfera.az bildirir ki, bu barədə "Mirror” qəzeti məlumat yayıb. 

Qeyd olunub ki, Kembric hersoginyasının bütün işlərində aktiv rol oynayacaq köməkçiyə illik 27 min 500 sterlinq maaş veriləcək. Məlumata görə, artıq 200-dən çox namizəd "LinkedIn” saytında iş elanı üçün müraciət edib.

Midltonun şəxsi köməkçisindən həftədə 37,5 saat işləmək, hersoginyanın görüşlərini təşkil etmək və tədbir təqvimini planlaşdırmaq tələb olunur. Kral protokoluna riayət etmək, qabaqcıl təşkilatçılıq bacarıqlarına malik olmaq və təzyiq altında sakit qalmaq da istəklər sırasında yer alır.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Xalq artisti Ənvər Həsənovun dəfn yeri MƏLUM OLDU

Ötən gün axşam saatlarında vəfat edən Xalq artisti Ənvər Həsənov bu gün torpağa tapşırılacaq.   Sfera.az xəbər verir ki, bu barədə onun yaxınları məl...

ABŞ-də tornado nəticəsinə ölənlərin sayı 36-ya çatdı

ABŞ-nin bir neçə ştatını vuran qasırğa nəticəsində ölənlərin sayı 36-ya çatıb.   Sfera.az xəbər verir ki, məlumatı ABŞ prezidenti Donald Tramp Truth ...

40 alpinistin gözü qarşısında faciəli şəkildə vəfat edən Devid Şarpın hekayəsi

Everest dünyanın ən yüksək zirvəsi və eyni zamanda ən təhlükəli dağlarından biri kimi tanınır. Zirvəyə çatmaq üçün tələb olunan fiziki dözümlə yanaşı, həddindən...

YUĞ-da nə baş verib? - Teatr üzr istədi

Azərbaycan Dövlət YUĞ Teatrında nümayiş olunan “Asılqan” tamaşası yarımçıq dayandırılıb.   Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, ...

Nazirlik Xalq artistinin ölümü ilə bağlı nekroloq yaydı

Xalq artisti Ənvər Həsənovun Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.   Sfera.az xəbər v...

Paşinyan Makronla sülh müqaviləsindən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.   Sfera.az xəbər verir ki, bu haqda “Sputni...