“Virtual təhsil platforması”: Fişinq hücumlarından necə qorunmalı? - Layihə təqdim edildi / FOTOLAR

“Virtual təhsil platforması”: Fişinq hücumlarından necə qorunmalı? - Layihə təqdim edildi / FOTOLAR
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyəti "Virtual təhsil platforması” layihəsini təqdim edib.
 
Sfera.az xəbər verir ki, 100-dən artıq gəncin iştirak etdiyi tədbirdə informasiya təhlükəsizliyi və İT üzrə mütəxəssislər "Rəqəmsal dövrdə kiber təhlükəsizlik" mövzusunda çıxış edərək kiber təhlükəsizlik karyera seçimi olaraq mobil təhlükələr, rəqəmsallaşma haqqında məlumatlar veriblər.

Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyətinin nümayəndəsi Yusif Poladov bildirib ki, hədəf təhsilin bütün pillələrində müasir informasiya və kommunikasiya texnologiyalarının səmərəli tətbiqi va istifadəsi ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılması və bu zəmində əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarına yardım etmək, habelə ölkənin təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya olunmasında İsrail mütəxəssislərinin köməyindən yararlanmaqdır.
 
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının sədri Rahil Ələkbərli qeyd edib ki, Bugünkü maarifləndirmə xarakterli tədbir əsasən, kibergigiyena, fişinq hücumlarından müdafiə, bank kartlarından təhlükəsiz istifadə, uşaqların onlayn təhlükəsizliyi kimi mövzuları əhatə edir: "İndiki gənclər erkən yaşdan kiber dünya ilə tanış olmaq imkanı əldə edirlər" .
 
Gənclərin Azərbaycanda kibercinayətlər, "Instagram" sosial şəbəkəsində şəxsi məlumatları ötürən proqramlar, ölkədə kibercinayətlərlə bağlı qanun və cəzalar barədə sualları cavablandırılıb. İştirakçılara kompüterlərdən istifadə edərkən yarana biləcək problemlərlə qarşılaşmamaq üçün bəzi təhlükəsizlik tədbirlərinə əməl etmə üsulları aşılanıb.
 
Qeyd edək ki, tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilati dəstəyi ilə baş tutub.

OXŞAR XƏBƏRLƏR

Maqnit qasırğaları olacaq - Təhlükəli günlər AÇIQLANDI

Yer yenidən bir sıra maqnit qasırğaları ilə əhatə olunacaq. Alimlərin fikrincə, yaxın günlərdə bəzi insanların səhhətinin pisləşməsinə səbəb ola biləcək geomaqn...

Mingəçevirdə avtobusun vurduğu qadın həyatını itirdi

Bir neçə gün öncə Mingəçevirdə Heydər Əliyev prospektinin Günəşli yaşayış massivi ərazisindən keçən hissəsində 1972-ci il təvəllüdlü Mətanət Hacıyevanı Oğuz-Min...

Azərbaycanda neçə qadın hakim var?

Azərbaycanda hazırda 179 qadın hakim fəaliyyət göstərir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Məhkəmə-Hüquq...

Azərbaycanla Pakistan arasında memorandum imzalandı

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Azərbaycanla Paki...

Bu oyuncaqlar uşaq üçün ölümcül ola bilər

İngiltərədə baş verən dəhşətli hadisə valideynlər üçün ciddi xəbərdarlıq oldu. Qarın ağrısı ilə xəstəxanaya aparılan 18 aylıq Kai adlı körpənin rentgen nəticələ...

Bazar günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyulun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.   Milli Hidrometeorologiya Xidmət...