Rusiya 9 Maya belə hazırlaşır - FOTOLAR

Media
14:04 / 06.05.2022
1444
Rusiyada mayın 9-u üçün hazırlıqlar gedir.
Sfera.az xəbər verir ki, 9 May tarixində qeyd olunacaq "Qələbə günü” öncəsi Rusiya ordusu Qızıl Meydanda hərbi paradın məşqini keçirib.
Məşq zamanı müxtəlif çaplı silah və texnikanın eyni xətt üzrə hərəkəti baş tutub.
Qeyd edək ki, 9 May tarixi ilə əlaqədar olaraq bir çox söyləntilər mövcuddur. Bu tarixdə Rusiya-Ukrayna müharibəsinin bitməsi ilə bərabər, Rusiyanın Ukraynaya rəsmi şəkildə müharibə elan edəcəyi ilə bağlı məlumatlar yayılıb. Rəsmi Kreml isə hər iki iddianı yalanlayıb.
Əzizə Zeynal
Sfera.az