"Azərbaycanda vergi yığımları 55 faiz artıb" – Mikayıl Cabbarov

Media
13:17 / 06.05.2022
1377
Bu ilin yanvar-aprel ayları ərzində vergi daxilolmalarında növbəti dəfə yüksək göstəricilər əldə olunub. İlk 4 ayda ötən ilin eyni dövrü ilə müqayisədə vergi yığımları 55,2% artaraq 5 milyard 35,4 milyon manat təşkil edib və proqnoz 50,5% artıq icra olunub.
Sfera.az xəbər verir ki, bu məlumatı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkələrdəki hesabından paylaşıb.
Nazir qeyd edib ki, vergi yığımlarındakı artımın əsas səbəbi iqtisadiyyatın bərpa prosesinin sürətlənməsidir:
"Ölkə iqtisadiyyatının bərpası prosesinin sürətləndirilməsi və vətəndaşlarımızın rifahının daha da yüksəldilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların nəticəsi olaraq dövlət büdcəsinə yanvar-aprel ayları ərzində vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Qeyri nef-qaz sektorundan daxilolmalar 49,7% artaraq 3 milyard 430,2 milyon manat olub və proqnoz 133,5% yerinə yetirilib. Bu nailiyyətin əldə edilməsində önəmli rolu olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına, eləcə də bütün vicdanlı sahibkarlara gərgin və məsuliyyətli fəaliyyətlərində uğurlar arzu edirəm”.
Vasif
Sfera.az