Çin Qərbin sərt sanksiyalarına hazırlaşır - Rusiyadan niyə vaz keçə bilmir?

Çin Qərbin sərt sanksiyalarına hazırlaşır - Rusiyadan niyə vaz keçə bilmir?
Böyük Britaniyanın məşhur "The Guardian” nəşrinin yazdığına görə, Çin Qərbin sərt sanksiyalarına hazırlaşır.
 
Pekin hesab edir ki, Qərb ölkələri Rusiya ilə əməkdaşlığına görə Çinə qarşı sanksiyalar tətbiq edəcəklər. Pekin bu məqsədlə Çin iqtisadiyyatının sanksiyalara müqavimət gücünü öyrənməyə başlayıb. Nəşr Çinin müvafiq dövlət strukturlarının ölkənin bank sistemindən tutmuş müxtəlif şirkətlərə qədər təftişlər həyata keçirdiklərini yazır. 

Sfera.az-ın məlumatına görə, bununla bağlı politoloq Elxan Şahinoğlu deyib ki,  Pekin Rusiya ilə əməkdaşlığa görə sanksiyalarla üzləşəcəyi halda, Qərbin təzyiqinə nə dərəcədə dözə biləcəklərini öyrənmək istəyir:

"Bundan başqa, Rusiya ilə tərəfdaşlığın Çinə nə qədər zərər verə biləcəyini öyrənmək fikrindədirlər. Digər "Financial Times” nəşrində yayımlanan məqalədə, Çin rəsmilərinin iri bank rəhbərləriylə geniş müşavirə keçirdiyi yazılıb. Narahatlıq üçün əsas var. Çünki ABŞ rəsmiləri Pekinin dəfələrlə xəbərdar ediblər ki, Rusiya ilə əməkdaşlıqdan imtina etməsələr, Vaşinqton Çinə qarşı sanksiyalar tətbiq edəcək. Pekin bu təhlükədən qurtulmaq istəyir. Ancaq Pekin tərəfdaşı Rusiya ilə əməkdaşlıqdan da vaz keçə bilmir. Doğrudur, Çin Rusiyadan neft alışını azaltmaq barədə düşünür, ancaq digər sahələrdə əməkdaşlıq davam edir. Çin rəsmiləri müxtəlif ekspertlərlə həm də ona görə görüşüb fikir mübadiləsi aparırlar ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların xarakteristikasını özləri üçün müəyyənləşdirə bilsinlər”.

Politoloq vurğulayıb ki, Rusiya və Çin iqtisadiyyatları fərqlidir:

"Rusiya iqtisadiyyatı enerji daşıyıcılarının satışından asılıdır. Çin iqtisadiyyatı isə istehsal, ticarət və ixrac üzərində formalaşıb. Çinin Qərb ölkələri ilə ticarəti zəifləyərsə, məhsullarını ixrac etməkdə çətinliklərlə üzləşəcək, bu isə iqtisadiyyatın bütün sahələrinə mənfi təsir edəcək. Çin Rusiyadan fərqli olaraq dünya iqtisadiyyatına daha çox inteqrasiya olunub. Çinə qarşı sanksiyalar Qərb ölkələrinin özlərinə də mənfi təsir edəcək - inflyasiyanın artımı, dolların kursunun aşağı düşməsi və məhsulların qiymətlərinin artımı ilə müşahidə olunacaq. Çinin SWIFT sistemindən uzaqlaşdırılmasının mənfi təsirləri hesablanmağa başlanıb. Pekin bu ehtimalı hesablayaraq paralel bank ödəmə sistemi üzərində çalışmalar həyata keçirir”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Suriyada meşə yanğınları ciddi ziyan vurdu

Suriyanın qərbində başlayan meşə yanğınları Lataqiya əyalətinə ciddi ziyan vurub.   Sfera.az xəbər verir ki, məlumatı “Syria TV” yayıb. ...

İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə görüşü böyük tarixi hadisədir

4 iyul 2025-ci il tarixində Azərbaycanın tarixi şəhəri olan Xankəndi beynəlxalq əhəmiyyətli tədbirə — İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə g...

Aşurada kimlər qan verə bilməz?

Bu gün Azərbaycanda Məhərrəm ayının ən önəmli günlərindən biri, Aşura günü qeyd olunur.   Hicri təqvimə əsasən, Aşura İmam Hüseynin və Kərbəla şəhid...

Ərdoğan: “Qardaşım İlham Əliyev Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi”

Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərba...

Ölkədəki psixi xəstələrin sayı AÇIQLANDI

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ildə psixi və davranış pozuntuları olan xəstələrin (psixoaktiv maddələrin qəbulu ilə bağlı pozuntular istisna...

Prezident sərəncam imzaladı

Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək. ...