Yaponiya ilə Rusiya arasındakı gərginlik artır - Əlavə sanksiya qərarı

Yaponiya ilə Rusiya arasındakı gərginlik artır - Əlavə sanksiya qərarı
Rusiya-Yaponiya arasında gərginlik artmaqda davam edir.
 
Sfera.az bildirir ki, bu dəfə Yaponiyanın baş naziri Fumio Kişida ölkəsinin təxminən 140 Rusiya vətəndaşının və daha çox Rusiya bankının aktivlərini dondurmaqla Rusiyaya qarşı sanksiyaları genişləndirəcəyini açıqlayıb.

İxrac qadağası siyahısına 70-ə yaxın Rusiya hərbi qurumunun əlavə ediləcəyini deyən Kişida, kvant kompüterləri və digər yüksək texnologiyalı məhsulların Rusiyaya ixracının qadağan ediləcəyini də bildirib. 

"Böyük yeddilik beynəlxalq ictimaiyyətin Ukraynadakı vəziyyətlə məşğul olmaq səylərində aparıcı rol oynayıb. Qlobal sülh və sabitliyi qorumaq üçün G7-ni daha da gücləndirməliyik", - deyə nazir söyləyib.

Kişida dünyanın istənilən yerində ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməli olduğunu əlavə edib: 

"Biz Hind-Sakit okean regionunda status-kvonun zorla birtərəfli qaydada dəyişdirilməsinə imkan verməməliyik. Mövcud böhranlar qarşısında Yaponiya azad və açıq Hind-Sakit okean təşəbbüsünü dəstəkləyəcək”. O, həmçinin həmsöhbətləri ilə Şimali Koreya məsələsi və Çinin bölgədə artan hərbi varlığı da daxil olmaqla, regional məsələləri müzakirə etdiklərini vurğulayıb və çətin təhlükəsizlik mühitin öhdəsindən gəlmək üçün birgə çalışmaq barədə razılığa gəldiklərini bildirib.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR