Ukrayna işğalında ERMƏNİ FAKTORU: “Amansız qətliamlar ola bilər”

Ukrayna işğalında ERMƏNİ FAKTORU: “Amansız qətliamlar ola bilər”
"Bu gün Ermənistan Rusiyanın Ukraynaya təcavüzünə tam və hərtərəfli dəstək verir. Ermənistanda işğalın dəstəklənməsinə, Rusiyanın təcavüzünün müdafiəsinə həsr olunmuş mitinqlər keçirilir, separatçılara humanitar yardımlar daşınır, üzərində "Armeniya" yazılmış tanklar Ukrayna torpaqlarını günahsız insanların qanıyla suvarır, şəhərləri, kəndləri viran qoyur”.
 
Sfera.az bildirir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib. O vurğulayıb ki, geyimlərində Ermənistan bayrağını simvolizə edən şevron daşıyan hərbçilər uşaqları, qadınları, köməksiz insanları elə Xocalıda olduğu kimi amansızcasına qətlə yetirirlər:

"Rusiya telekanallarında işğala "şam tutan"ların ön sırasında, yenə də ermənilər dayanır, ən qatı faşist ideoloqları kimi Ukrayna xalqının "sterilizasiya" edilməsinin vacibliyindən danışır. Hər kəlməbaşı "denafikasiya", "demilitarizasiya" sözlərini kin-küdurət kəsmiş nəfəsləriylə havaya üfürürlər. Yenə də ən iyrənc, ağız ifrazına belə layiq olmayan işlərin ön cərgəsində ermənilər - Simonyan, Keosanyan, Kurqinyan, Şahnazarov, Qabrielyanov, Babayan, Mirzoyan, Baqdasarov, Qalstyan və digərləri dayanır, Ukrayna xalqına "ölüm hökmü" kəsirlər”.

Politoloq qeyd edib ki, Ukraynanın işğalında Ermənistan Rusiya ilə birlikdə iştirak edir:

"Bütün bunları görməmək, yaxud görüb dilə gətirməmək daha amansız qətliamlara yol aça bilər. Beynəlxalq birlik Ermənistana layiq olduğu cavabı verməlidir. Heç olmasa indi...”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR