Polisdən ƏMƏLİYYAT: 13 nəfər saxlanıldı - VİDEO

Polisdən ƏMƏLİYYAT: 13 nəfər saxlanıldı - VİDEO
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son iyirmi gündə keçirilən əməliyyatlar zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 nəfər tutularaq məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Əhməd Məmmədov,Mehdi İsayev və Fərhad Layıcov saxlanılıblar. Şəxsi axtarış zamanı saxlanılanlar hər birindən müxtəlif çəkilərdə qurudulmuş marixuana aşkarlanıb. Aparılan araşdırmalar zamanı onlara narkotik vasitəni satan şəxslərin Fərrux Xəlilov, Rəvan Şabanov və Yaşar Mahamacanov oluqları müəyyən edilib. Onlar tutularaq istintaqa təqdim ediliblər. Narkotacirlərdən satdıqları narkotik vasitədən əldə etdikləri pul və marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə daha 6 nəfər - Rasim Məmliyev, Çıraq Çıraqov, Şaban Qıstarov, Səbuhi Misirov, Rafael Manafov və Vəfadar Osmanov saxlanılıb. Onlardan külli miqdarda heroin, eləcə də qurudulmuş marixuana aşkarlanıb.
Yaşadığı ünvanda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Ramil Dibirov da polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib. Onun yaşadığı ünvana baxış keçirilən zaman evin içərisində aqrotexniki qulluq göstərməklə yetişdirdiyi çətənə bitkisinin şitilləri qablaşdırılaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...