Məşhur filmdəki öpüşmə səhnəsi ilə bağlı inanılmaz etiraf: "Bu, işgəncə idi..."

Məşhur filmdəki öpüşmə səhnəsi ilə bağlı inanılmaz etiraf:
"Hörümçək adam”ın aktyorlarından biri Tobey Maqur filmlə bağlı illər sonra etiraflar edib.
 
Sfera.az bildirir ki, sonuncu "Hörümçək Adam: Evə Dönüş yoxdur”da simvolik obrazı canlandıraraq pərəstişkarlarını sevindirən aktyor, 2002-ci ildə ekranlara çıxan ilk filmdəki öpüşmə səhnəsindən söz açıb. O, məşhur aktrisa Meri Ceyn obrazını canlandıran Kirsten Dunst ilə başıaşağı asılaraq öpüşdüyü səhnənin yağış səbəbindən çox çətin olduğunu deyib. 

"Yağış burnumun içinə girirdi. Sonra Kirsten maskanı burnumun üstünə çəkdi və hava kanalım tıxandı, nəfəs ala bilmədim”.

Tobey filmin bəlkə də ən gözəl səhnəsinin əslində kamera arxasında çox da romantik olmadığını ifadə edib. Dunst onu öpməyə başlayanda nəfəsinin tamamilə dayandığını söyləyən ulduz, fikirlərinə bu cür davam edib: "Olduqca çətin idi. "Stop” deyiləndə nəfəsim kəsildi. Bu,  işgəncə idi. O zaman oksigenin nə qədər vacib olduğunu anladım".

Türkan 
Sfera.az


OXŞAR XƏBƏRLƏR