Bu bürclərlə sevgili olmadan öncə iki dəfə düşünün! - Həyatdan bezdirirlər...

Bu bürclərlə sevgili olmadan öncə iki dəfə düşünün! - Həyatdan bezdirirlər...
Münasibətlərdə həmişə xoşbəxt olmaya bilərsiniz. Nə qədər çalışsanız da, vəziyyət istədiyiniz kimi getməyə bilər. Adətən buna səbəb kimi partnyor olaraq seçdiyiniz insanın davranışları göstərilir. Astrologiyada elə bürclər var ki, onlarla münasibət qurmaq hər kəs üçün çox çətindir.
 
Sfera.az bu dəfə sevgili olmaq barədə iki dəfə düşünməli olduğunuz bürcləri təqdim edir:

QOÇ BÜRCÜ - hər zaman enerjili və canlıdırlar, bu xüsusiyyətləri ilə diqqət çəkirlər. Onların içində hiperaktiv "uşaq yatır". Ancaq bu bürcün nümayəndələri həm də zaman-zaman gərgin, əsəbi olurlar, qəfil qəzəb püskürə bilərlər. Qoç ilə münasibətiniz olsa da, hər an özünüzü davanın ortasında tapa bilərsiniz. Onlar mübahisələrdən sonra həmişə sizdən uzaqlaşacaq, qürur edəcək və geri qayıtmayacaqlar. Qoç bürclərinin bu davranışı sizin dinc münasibət qurmağınıza mane olacaq.

ƏQRƏB BÜRCÜ - Onlar  ehtiraslıdırlar, amma aşiq olanda da sadiqlikləri ilə tanınırlar. Birini sevdikdən sonra onu heç vaxt ruhdan salmazlar. Ancaq əqrəb bürclərinin təfərrüatlı xarakteri onlarla yaxşı münasibət qurmağı çətinləşdirir. Dominant təbiətlərinə görə hər şeyin onların istədikləri kimi olmasını istəyir, həyatınız idarə etməyə çalışırlar. Onlar açıq fikirli deyillər, çünki özlərini gözəl və mükəmməl hesab edirlər. Bu səbəbdən Əqrəb bürcü ilə sevgili olmamışdan əvvəl iki dəfə düşünməlisiniz.

TƏRƏZİ BÜRCÜ – Astrologiyanın mübahisə və münaqişələrdən uzaq durmaq istəyən əsas bürclərindəndir. Amma tərəzilərin o qədər mənfi xüsusiyyəti var ki... Məsələn, münasibət qurarkən qarşı tərəfi çox sıxışdırırlar. Həmişə gözəl və sadəlövh görünən bu bürclərin nümayəndələri təbiətcə çox nazlıdırlar. Bu sizi daimi qısqanclıq vəziyyətinə sala bilər. Tərəzi bürcündə olan insanların ayaqları heç vaxt möhkəm yerdə olmur, hər zaman nəyinsə axtarışında olurlar. Bu, onlarla uzunmüddətli münasibət qurmağı çətinləşdirir.

ŞİR BÜRCÜ - Güclü quruluşları ilə diqqət çəkirlər. Siz həmişə şir bürcü olan insanları baxımlı görürsünüz. Onlar  xüsusilə münasibətlərdə çox eqoist ola bilərlər. Hər zaman dediklərinin yerinə yetirilməsini və həyatın onların ətrafında dönməsini istəyirlər. Bu vəziyyət bir müddət sonra qarşı tərəf üçün dözülməz hala gəlir. Şir bürcü olan insanlar bir mühitdə bütün diqqətin üzərində olmağını sevirlər. Onların bu münasibəti bir müddət sonra sizi narahat edə bilər. Bu səbəbdən Şir bürcü ilə münasibət qurmaq düşündüyünüz qədər asan deyil.

Türkan
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Özü rus, xanımı ukraynalı Milli Qəhrəman - VİDEO

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin kapitanı, Milli Qəhrəman İqor Kşnyakinin xanımı Yana Kşnyakina “İTV”yə müsahibə verib. &nb...

Xalq artisti Ənvər Həsənovun dəfn yeri MƏLUM OLDU

Ötən gün axşam saatlarında vəfat edən Xalq artisti Ənvər Həsənov bu gün torpağa tapşırılacaq.   Sfera.az xəbər verir ki, bu barədə onun yaxınları məl...

ABŞ-də tornado nəticəsinə ölənlərin sayı 36-ya çatdı

ABŞ-nin bir neçə ştatını vuran qasırğa nəticəsində ölənlərin sayı 36-ya çatıb.   Sfera.az xəbər verir ki, məlumatı ABŞ prezidenti Donald Tramp Truth ...

40 alpinistin gözü qarşısında faciəli şəkildə vəfat edən Devid Şarpın hekayəsi

Everest dünyanın ən yüksək zirvəsi və eyni zamanda ən təhlükəli dağlarından biri kimi tanınır. Zirvəyə çatmaq üçün tələb olunan fiziki dözümlə yanaşı, həddindən...

YUĞ-da nə baş verib? - Teatr üzr istədi

Azərbaycan Dövlət YUĞ Teatrında nümayiş olunan “Asılqan” tamaşası yarımçıq dayandırılıb.   Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, ...

Nazirlik Xalq artistinin ölümü ilə bağlı nekroloq yaydı

Xalq artisti Ənvər Həsənovun Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.   Sfera.az xəbər v...