“Bunu vaxtında edə bilsəydik, müharibədə...” - Araik Arutyunyan nəyə təəssüfləndi?

“Bunu vaxtında edə bilsəydik, müharibədə...” - Araik Arutyunyan nəyə təəssüfləndi?
"Əgər müharibə yarım il gec başlasaydı, bu qədər çox itkilərimiz olmazdı".

Sfera.az xəbər verir ki, bu sözləri Xankəndidə qanunsuz fəaliyyət göstərən erməni separatçılarının rəhbəri Araik Arutyunyan Qarabağa qanunsuz səfər edən bir qrup Ermənistandan olan nümayəndə heyəti ilə görüşü zamanı deyib. 

O qeyd edib ki, hələ müharibədən əvvəl bu savaşın qaçılmaz olduğunu bilirmiş:

"Buna görə də təcili olaraq yeraltı bunkerlər, sığınacaqlar tikməyə başlamaq qərarına gəldik. Azərbaycan Ordusunun hücumu zamanı güclü müdafiəni təmin etmək üçün 100-ə qədər belə bunker və sığınacaq tikilməsi nəzərdə tutulmuşdu. Hətta 17-dən artıq bunkerin tikintisinə başlanılmış, onlardan birinin tikintisi başa çatmışdı”.

A. Arutunyan bildirib ki, əgər müharibə bir qədər gec başlasa, nəzərdə tutulan bunker və sığınacaqların inşası tamamlansaydı, bu qədər itki olmazdı. 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Bu gün Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

COP29 zamanı Bakıda 350 elektrik avtobusu işləyəcək

BMT-nin​ İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olu...

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...