Tanınmış politoloqun səhhətində problem yarandı - 3-cü VAKSİNDƏN SONRA

Tanınmış politoloqun səhhətində problem yarandı - 3-cü VAKSİNDƏN SONRA
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin səhhəti pisləşib.
 
Sfera.az bildirir ki, bu barədə tanınmış astroloq Səbuhi Rəhimli məlumat yayıb. O, politoloqun səhhətinin 3-cü vaksindən sonra getdikcə pisləşdiyini vurğulayıb.
 
"Hətta 10 gün xəstəxanada yatsa da, heç bir irəliləyiş olmayıb. Deyir, həkimlərə sübut edə bilmirəm ki, bu fəsadlar 3-cü vaksindən sonra əmələ gəlib. Təəssüf ki, jurnalistlər onun kimi dəyərdən ancaq informasiya almaq naminə yararlanırlar. Gəlin, diqqəti onun normal müalicə almasına yönəldək. Qabil Hüseynli məsuliyyətli adamdır, ən ağır durumda olsa belə tele-dəvətləri heç vaxt təxirə salmır. Biz də bu məsuliyyəti onun özünə qarşı göstərməliyik”, deyə S.Rəhimli qeyd edib.
 
Türkan 
 

OXŞAR XƏBƏRLƏR