Türkiyədə inflyasiya 70 faizə çatıb - Ən yüksək artım bu məhsullardadır

Türkiyədə inflyasiya 70 faizə çatıb -  Ən yüksək artım bu məhsullardadır
Türkiyə Statistika Təşkilatı (TÜİK) aprel ayı üzrə istehlakçı və istehsalçı qiymətləri indeksini açıqlayıb.

Sfera.az TUİK-ə istinadən xəbər verir ki, apreldə illik inflyasiya 69,97 faiz olub. Aylıq müqayisədə isə qiymətlər 7,25% yüksəlib.

Türkiyədə istehsal xərclərində də bahalaşma güclənib. Rəsmi məlumata görə, istehsalçı qiymətlərdə illik artım 1995-ci ilin martından bəri ən yüksək artım olub.
TUİK-in məlumatına görə, istehsalçı qiymətləri indeksi apreldə 121,82 faiz (2,22 dəfə) artıb.
 
İstehlak qiymətlərində ən yüksək artım ərzaqda qeydə alınıb. Ərzaq inflyasiyası 90 faizə yüksəlib.

Məlumatlara görə, ötən ilin eyni ayına nisbətən ən çox artım müşahidə olunan əsas qruplar 105,86 faiz ilə nəqliyyat, 77,64 faizlə məişət malları olub. Ən aşağı illik artım isə 18,71 faizlə rabitənin əsas qrupunda olub.

Vasif
 

OXŞAR XƏBƏRLƏR

Suriyada meşə yanğınları ciddi ziyan vurdu

Suriyanın qərbində başlayan meşə yanğınları Lataqiya əyalətinə ciddi ziyan vurub.   Sfera.az xəbər verir ki, məlumatı “Syria TV” yayıb. ...

İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə görüşü böyük tarixi hadisədir

4 iyul 2025-ci il tarixində Azərbaycanın tarixi şəhəri olan Xankəndi beynəlxalq əhəmiyyətli tədbirə — İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə g...

Aşurada kimlər qan verə bilməz?

Bu gün Azərbaycanda Məhərrəm ayının ən önəmli günlərindən biri, Aşura günü qeyd olunur.   Hicri təqvimə əsasən, Aşura İmam Hüseynin və Kərbəla şəhid...

Ərdoğan: “Qardaşım İlham Əliyev Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi”

Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərba...

Ölkədəki psixi xəstələrin sayı AÇIQLANDI

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ildə psixi və davranış pozuntuları olan xəstələrin (psixoaktiv maddələrin qəbulu ilə bağlı pozuntular istisna...

Prezident sərəncam imzaladı

Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək. ...