Mərkəzi Bank dolları ucuzlaşdırdı
İqtisadiyyat
22:12 / 16.08.2016
1524
Rusiya Mərkəzi Bankı dolların məzənnəsini ucuzlaşdırıb.
Publika.az lenta.ru-ya istinadən xəbər verir ki, dolların rubla məzənnəsi 26 qəpik ucuzlaşdırılıb.
17 avqust tarixinə 1 dolllar 63,95 rubl, 1 avro isə 71,96 rubl səviyyəsində təsdiqlənib.
Nəzərə çatdıraq ki, rus valyutasının dəyər qazanmasının səbəbi dünya birjasında Brent markalı neftin qiymətinin qalxmasıdır.
Onu da xatırladaq ki, Dünya Bankının 15 avqustda yayımladığı hesabata əsasən, 2020-ci ildə dolların orta məzənnəsi 52,8 rubl təşkil edəcək.
JP Morgan Chase & Co –nun analitikləri isə hesab edir ki, ilin sonuna bir dollar 61,36 rubl səviyyəsində qərarlaşacaq.