Təhsil nazirindən şagirdlərin intiharlarına MÜNASİBƏT

Təhsil
13:30 / 04.05.2022
1444
Təhsil naziri Emin Əmrullayev son dövrlər uşaqlar arasında intiharların artması məsələsinə münasibət bildirib.
Sfera.az-ın xəbərinə görə, nazir qeyd edib ki, şagirdlərin intihar etməsi yalnız məktəb psixoloqlarından asılı deyil:
"Hesab edirəm ki, bu istiqamətdə məktəb və ailə birlikdə işləməlidir. Yeniyetmələrin yaş dövrünü nəzərə alaraq hər birimiz bu məsələyə diqqət ayırmalıyıq. Xüsusi qrup, peşə sahibi adından bu məsələyə diqqət ayrılmasını düzgün hesab etmirəm".
Qeyd edək ki, yaxın günlərdə Bakıda 8 yaşlı uşaq intihar etmişdi.