Makrondan yeni həmlə: Türkiyəni proseslərdən kənarlaşdırmağa çalışır - Buna nail ola biləcəkmi?

Makrondan yeni həmlə: Türkiyəni proseslərdən kənarlaşdırmağa çalışır - Buna nail ola biləcəkmi?
Ötən gün Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə söhbətində sülhün bərpası naminə razılaşmaların əldə olunmasına kömək etməyə hazır olduğunu bildirib. Fransa lideri Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə tam hörməti təmin edəcək danışıqlar yolu ilə kömək etməyə hazır olduğunu söyləyib.
 
Fransa Rusiya ilə Ukrayna arasındakı danışıqlar prosesinin növbəti mərhələsinə nəzarət edə bilərmi? Türkiyə bu prosesdən kənarlaşdırılırmı?

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Fransa prezidentinin növbəti mərhələdə Rusiya ilə Ukrayna arasında vasitəçi rolu oynaması və atəşkəsin əldə edilməsi istiqamətində atacağı addımlar uğursuz olacaq:

"Hesab edirəm ki, Makronun hələ əvvəlki prezidentlik dövründə vasitəçilik cəhdi alınmadı. Türkiyə prosesi ələ almağa çalışır. Fransa prezidenti isə onun prosesdən kənarlaşdırıması üçün bu addımı atmaq istəyir. Fransa Avropa İttifaqında yer alır və Aİ-nin təmsilçisi kimi sülhün imzalanması ilə bağlı gördüyü işlər nəticəsiz qalacaq”.

Müsahibimiz deyib ki, neytral ölkə konkret olaraq Türkiyədir:

"Onun bu proseslərə töhfə vermək iqtidarı var. Putin təbii ki, Makronu qəbul edəcək, təkliflərini dinləyəcək. Amma müəyyən ortaq məxrəcə gəlmələri mümkün deyil. Digər tərəfdən Putinlə Zelenskinin görüşü Ankara və ya İstanbulda reallaşa bilər. Düşünürəm ki, Fransanın Türkiyəni proseslərdən kənarlaşdırmaq səyləri nəticə verməyəcək”.

Günay Rəsulqızı 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib. ...

Avtomobil nəhənginin insanların həyatı bahasına başa gələn səhvi - Dəhşətli hadisələr zənciri necə başlayıb?

2014-cü ildə başlayan General Motors qalmaqalı milyonlarla avtomobilin geri çağırılmasına və ən azı 97 nəfərin ölümünə səbəb olub.   Bəs, bu dəhşətl...

Dodi Əl-Fayedin atası kral malikanəsindən cinsi istismar üçün istifadə edib?

2023-cü ildə 94 yaşında dünyasını dəyişən misirli milyarder Mohamed Əl-Fayed bir neçə qadın tərəfindən zorlamada ittiham edilib. Onlardan bəziləri Parisdəki &ld...

Premyer Liqa: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunda "Qarabağ" "Neftçi"ni qəbul edəcək.   Sfera.az-ın məlumatına görə...

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib....

Bakıda obyekt yandı - VİDEO

Bakının Binəqədi rayonunda yanğın olub.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.   Bildirilib ki, rayonun M....