Rusiyanın ən böyük dövlət kommersiya bankı SWIFT-dən ÇIXARILIR - 6-cı SANKSİYA PAKETİ

Rusiyanın ən böyük dövlət kommersiya bankı SWIFT-dən ÇIXARILIR -  6-cı SANKSİYA PAKETİ
Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Avropa parlamentində çıxışı zamanı Rusiyaya qarşı tətbiq ediləcək 6-cı sanksiya paketi haqqında danışıb.

Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, yeni sanksiya paketində Rusiyanın ən böyük dövlət kommersiya bankı olan "Sberbank”ın SWIFT sistemindən çıxarılması da nəzərdə tutulur.
 
"Biz, nəhayət, "Sberbank”ı SWIFT sistemindən ayırırıq”, - deyə Leyen bildirib.

O həmçinin qeyd edib ki, yeni sanksiya paketində daha 2 böyük rus bankına qarşı sanksiyanın tətbiqi təklif edilir.

Qeyd edək ki, yekun qərarın qəbulu üçün Avropa İttifaqı ölkələrinin müsbət rəyi lazımdır.

Vasif
Sfera.az
 
 

OXŞAR XƏBƏRLƏR