Tvitter bu şəxslər üçün pullu olacaq – Mask açıqladı

Tvitter bu şəxslər üçün pullu olacaq – Mask açıqladı
Tvitter biznes və dövlət səhifələri üçün pulla ola bilər.

Sfera.az xəbər verir ki, Tvitteri 44 milyard dollara alan Tesla rəhbəri İlon Mask sosial media platformasının şirkətlər və hökumətlər üçün kiçik ödənişlə ola biləcəyini açıqlayıb.

İlon Mask həmçinin vurğulayıb ki, Tvitter "standart istifadəçilər" üçün pulsuz olmaqda davam edəcək. 

Mask "troll" istifadəçiləri də platformadan çıxarmağı və tamamilə real istifadəçilərlə davam etməyi hədəflədiyini deyir.
 
Qeyd edək ki, Tvitterin gündəlik 217 milyon istifadəçisi var. Oxşar funksiyaları yerinə yetirən Facebook-un gündəlik 1,9 milyard aktiv istifadəçisi ilə müqayisədə bu, çox aşağı rəqəmdir. 

Əzizə Zeynal


 

OXŞAR XƏBƏRLƏR