Bu gündən birinci sinfə qeydiyyat başlayır

Təhsil
09:44 / 04.05.2022
801
Bu gündən birinci sinfə qeydiyyat prosesi başlanılır.
Təhsil Nazirliyindən Sfera.az-a verilən məlumata görə, saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.
Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.
Qeyd edək ki, Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə isə mayın 6-dan başlanılacaq.
Həmin tarixdən dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək.