Azərbaycanda müəllim tələbələrə əxlaqsız təklif etdi - AÇIQLAMA/VİDEO

Təhsil
12:29 / 03.05.2022
3042
Lənkəran Dövlət Universitetinin müəllimi tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif edib.
Sfera.az xəbər verir ki, bununla bağlı "Space TV”nin aparıcısı Amil Xəlil sosial şəbəkədə paylaşım edib.
Jurnalistin sözlərinə görə, həmin faktla bağlı foto və videolar əldə edib. O, videoların montaj olmadığını əlavə edib. Eyni zamanda, adıçəkilən müəllimlə əlaqə saxladığını və məsələyə aydınlıq gətirmək üçün onu efirə dəvət etdiyini bildirib. E.Rəhimov isə bunun montaj olduğunu deyib.
Jurnalist qeyd edib ki, bir neçə tələbə qız bu təklifə razı olsa da, etiraz edənlər də olub. Hətta sonradan müəllimin həmin qızları şantaj etdiyi də iddia olunur.