Zelenski Türkiyəni ittiham etdi... - BU HANSI ÖLKƏYƏ SƏRF EDİR?

Media
12:40 / 03.05.2022
6556
"Zelenski
Türkiyəni rus turistləri qəbul etdiyinə görə qınayır və bildirir ki, Ankara bir
tərəfdən vasitəçilik rolunu oynayır, Ukraynanı mühüm addımlarla dəstəkləyir,
digər tərəfdən rus turistlərin gəlişinə hazırlaşır. Zelenskinin niyə belə
dediyi və nə qədər obyektiv yanaşdığı şübhəlidir. Çünki Kiyev-Moskva arasında
sülhə nail olmağa çalışan Ankara Ukraynaya "Bayraqdar”lar verir və bu
silahların müharibədə oynadığı rolu ukraynalıların özləri etiraf edirlər. Digər
tərəfdən, turizm sektorunun iqtisadiyyatında xüsusi rolu olan Türkiyə üçün rus
turistlərin qəbulu vacibdir”.
Sfera.az
xəbər veri ki, bu sözləri siyasi ekspert Asif Nərimanlı deyib.
Onun
sözlərinə görə, Zelenski istəyir ki, Türkiyə iqtisadi gəlirdən imtina etsin”.
"Türkiyə
niyə bundan imtina etməlidir?! Hər gün enerji resurslarına görə Rusiyaya bir
milyard dollar pul ödəyən Avropa imtina edə bilirmi?! Aİ rus qazı və neftindən
asılılığı aradan qaldırmaq üzərində işləyir, lakin birdəfəlik imtina edə
bilmir, çünki bunun olması Avropa iqtisadiyyatını alt-üst edə bilər və hər gün
milyard dollara yaxın ödəniş edirlər. Belə demək mümkünsə, Rusiyaya sanksiya tətbiq
edən Qərb həm də rusların cibini doldurur.
Bu
reallıqlar fonunda Türkiyəni ittiham etmək ən azı ədalətsizlikdir. Zelenskinin
bu açıqlamasında Türkiyənin vasitəçilik missiyasını istəməyən ölkələrin təsirinin
olduğu da istisna deyil.
Xüsusi
diqqətçəkən məqam isə Ukrayna prezidentinin bu fikirləri yunan televiziyasına
müsahibəsində deməsidir: müharibənin başlanmasından sonra rəsmi Afina ilə
münasibətləri istədiyi kimi getməyən Rusiya turistlərini Türkiyəyə göndərəcəyini
(Lavrov açıq şəkildə dilə gətirmişdi) bildirmişdi; mövcud vəziyyətdə rus
turistləri üzərindən qazancını itirən Yunanıstan Türkiyənin qazanmasını istəmir
və Zelenskinin belə danışması ən çox yunanlara da sərf edir”.