“Qazprom”un ixracı kəskin azaldı, amma mənfəəti tarixin ən yüksək səviyyəsinə çatdı

Media
11:40 / 02.05.2022
1431
Rusiyanın əsas hasilatçı şirkəti olan "Qazprom”un bu ilin ilk 4 ayında təbii qaz istehsalı və ixrac miqdarı azalıb.
Sfera.az xəbər verir ki, hasilat həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz, ixrac isə 26,9 faiz azalıb.
"Qazprom"un açıqlamasında bildirilir ki, ilin ilk dörd ayında şirkətin təbii qaz hasilatı 175,4 milyard kub metr olub. Sözügedən dövrdə şirkətin Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olmayan ölkələrə təbii qaz ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26,9 faiz azalaraq 50,1 milyard kubmetr təşkil edib. Açıqlamada şirkətin Çinə ixracatının keçən illə müqayisədə 60 faiz artdığı, müqavilələrə uyğun olaraq Avropaya daşımaların davam etdiyi bildirilib.
İxracın kəskin azalmasına səbəb Avropa ölkələrinin Rusiyanın qaz istehlakını azaltmaq istəyidir.
Dünyanın ən böyük təbii qaz istehsalçısı olan "Qazprom" Avropanın təbii qaz ehtiyacının təxminən 40 faizini ödəyir. Avropalıların idxalı azaltmasına baxmayaraq şirkətin xalis mənfəəti tarixin ən yüksək səviyyəsinə yüksələrək 2,1 trilyon rubla (26 milyard dollardan çox) çatıb.
Vasif
Sfera.az