Ermənistan müxalifəti İrəvanın mərkəzi küçələrini bağladı - FOTOLAR

Ermənistan müxalifəti İrəvanın mərkəzi küçələrini bağladı - FOTOLAR
Ermənistan müxalifəti bu gün səhər saatlarından İrəvanın mərkəzi küçələrini bağlamağa başlayıb.

Sfera.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri, "Hayastan” fraksiyasının deputatı İşxan Saqatelyan mətbuata açıqlama verib. O, saat 08:30-dan etibarən müxalifətin sosial şəbəkələrdə dinc vətəndaş itaətsizliyinin aksiyalara keçdiyini bildirib.

Müxalifət Koryun küçələrindən yürüşə başlayıb, Heratsi küçəsindəki tuneli bağlayıb, daha sonra Xancyan və Nalbandyan küçələri də bağlanıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarını saxlayaraq polis bölməsinə aparır.
 
Xatırladaq ki, müxalifət hazırkı rəhbərliyi hakimiyyətdən uzaqlaşdırmaq niyyətini bəyan etmişdi.


OXŞAR XƏBƏRLƏR