Vatsapda yeni funksiya yaradıldı

Maraqlı
22:58 / 01.05.2022
3139
Vatsapda yeni funksiya yaradılıb.
Sfera.az xəbər verir ki, bu barədə "WABetaInfo” portalı məlumat yayıb.
Messencer istifadəçilərə statuslara birbaşa söhbət siyahısında baxmaq imkanı verir.
Beləliklə, kontaktlardan biri status dərc edərsə, onu həm "Status” bölməsində, həm də birbaşa söhbət siyahısında və ya kontaktı axtararkən görmək olar. İstifadəçi kontaktın profil şəklinə daxil olarkən, onun statusu açılacaq.