Bu hallarda əmək pensiyası kəsiləcək

Bu hallarda əmək pensiyası kəsiləcək
Əmək pensiyasının və əmək pensiyasına əlavələrin ödənilməsinin dayandırılması qaydası məlum olub.
 
Sfera.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun qərarı ilə təsdiqlənən "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nda əksini tapıb.
 
Qərara əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavələrin ödənilməsi Qanunun 37.8-ci maddəsi ilə müəyyən edilmiş hallar aşkar edildikdə dayandırılır. Həmin hallar aşağıdakılardır:
 
- əmək pensiyaçısı vəfat etdikdə;
- əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda;
- bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda).
 
Qaydaya əsasən, aşağıdakı elektron informasiya sistemlərində və ya ehtiyatlarında həmin hallara dair təsdiqedici sənədlər və ya məlumatlar mövcud olduqda, PAS tərəfindən əmək pensiyasının ödənilməsi avtomatik olaraq dayandırılır:
 
Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS-də)
- sosial müavinət alan şəxslər barədə məlumat;
- əlilliyi olan şəxslər barədə məlumat;
- əmək müqaviləsi bildirişi üzrə məlumat;
 
Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində:
- əmək pensiyaçısının ölüm haqqında şəhadətnaməsi;
- əmək pensiyaçısının dul arvadının (ərinin) yeni nikaha daxil olması haqqında şəhadətnamə;
 
Dövlət İmtahan Mərkəzinin "Şagird-məzun" və "Tələbə-məzun" dövlət elektron məlumat sistemində və Dövlət Qulluqçuları Reyestrində:
- təhsil müəssisələrində əyani təhsil alan şəxslərin təhsil müəssisəsindən xaric edilməsi barədə məlumat;
- dövlət qulluqçularının yenidən dövlət qulluğuna qəbul edilməsi barədə məlumat;
 
Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemində əmək pensiyaçısının Azərbaycan Respublikasının vətəndaşlığından çıxması barədə məlumat.
Əmək pensiyası ödənişinin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda (Qanunun 37.8.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla), şəxs bu Qaydaya 1 nömrəli Əlavə ilə müəyyən edilmiş formada ərizə ilə müraciət edir, həmin ərizə PAS-a daxil edilməklə onun əmək pensiyası hüququna bu Qaydanın tələbləri nəzərə alınmaqla yenidən baxılır.
 

OXŞAR XƏBƏRLƏR

Bərdədə ƏMƏLİYYAT: Saxlanılan var – FOTO

  Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Orxan Q...

UEFA məşhur klubları milyonlarla avro cərimələdi

UEFA klubları maliyyə feyr-pley qaydalarını pozduğuna görə cərimələyib.   Sfera.az xəbər verir ki, qurumun saytı bu barədə məlumat yayıb. ...

Suriyada meşə yanğınları ciddi ziyan vurdu

Suriyanın qərbində başlayan meşə yanğınları Lataqiya əyalətinə ciddi ziyan vurub.   Sfera.az xəbər verir ki, məlumatı “Syria TV” yayıb. ...

İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə görüşü böyük tarixi hadisədir

4 iyul 2025-ci il tarixində Azərbaycanın tarixi şəhəri olan Xankəndi beynəlxalq əhəmiyyətli tədbirə — İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə g...

Aşurada kimlər qan verə bilməz?

Bu gün Azərbaycanda Məhərrəm ayının ən önəmli günlərindən biri, Aşura günü qeyd olunur.   Hicri təqvimə əsasən, Aşura İmam Hüseynin və Kərbəla şəhid...

Ərdoğan: “Qardaşım İlham Əliyev Suriyaya təbii qazla bağlı “hər cür dəstəyi verməyə hazıram” dedi”

Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərba...