Azərbaycanda avtobus sürücüsü sükan arxasında öldü

Azərbaycanda avtobus sürücüsü sükan arxasında öldü
Gəncə şəhərində avtobus sürücüsü sükan arxasında ölüb.
 
Sfera.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Şah İsmayıl Xətai prospekti qeydə alınıb.
 
Prospektlə  hərəkətdə olan 9 nömrəli xətti üzrə hərəkət edən  marşrut avtobusunun sürücüsü, 1958-ci il təvəllüdlü İlqar  Orucov sükan arxasında dünyasını dəyişib. Özünü narahat hiss edən sürücü avtobusu saxlaya bilib. İlkin məlumata görə, o, infarkt (ürək tutmasından) keçirib.
 
Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR