Qədr gecəsində içki ilə şəkil paylaşanlara qarşı istintaq başladıldı – FOTO

Media
17:12 / 29.04.2022
4512
Anadolu Baş Prokurorluğu Qədr gecəsində sosial media hesablarında spirtli içkilərlə şəkil paylaşan Hava Yolları şirkətinin əməkdaşlarına qarşı istintaq başladıb.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, sözügedən işçilər barəsində "ictimaiyyəti kin və düşmənçiliyə sövq etmək və ya təhqir etmək" maddəsi ilə istintaq başladılıb. İstintaq çərçivəsində İstanbul Təhlükəsizlik Şöbə Müdirliyi tərəfindən araşdırma aparılır.
Şirkətin işçilərinin aşağılayıcı ifadələr işlətməsi sosial şəbəkə istifadəçiləri tərəfindən də qınanılıb.
Əzizə Zeynal
Sfera.az