"Əyani təhsilə qayıtmaqda gecikmişik" - Pandemiyanın təhsilə vurduğu zərbəni necə aradan qaldırmaq olar?

Pandemiya bəlkə də ən çox təhsil sahəsinə zərbə vurdu. Bütün dünyada olduğu kimi Azərbaycanda da bu dövrdə təhsilin keyfiyyəti xeyli aşağı düşdü. Hazırda isə postpandemiya dövrünə keçid edirik.
 
Bəs yeni təhsil ilindən etibarən itirdiklərimizi geri qazanmaq mümkün olacaqmı? Bunun üçün hansı maarifləndirmə işləri aparılmalı, hansı təhsil proqramlarına müraciət edilməlidir?

Bu barədə Sfera.az-a danışan təhsil eksperti Ramal Şəmşədli bildirdi ki, distant təhsilin effektiv olmadığı barədə artıq hamı ortaq məxrəcə gəlib:

"Biz həmişə demişik ki, təhsil əyani formada olsun. Çünki həm fiziki olaraq, həm də texniki olaraq buna hazır deyildik”.

O bildirib ki, hələ lap əvvəldən Azərbaycanda distant təhsilin tərəfdarı olmayıb:

"Distant təhsil forması qəfil yarandı və ortalığı bir-birinə qatdı. Məsələn, bu gün bunun fəsadları ilə əlaqəli faktiki sübutlar var. Bilirsiniz, respublikada minlərlə 11-ci sinif şagirdləri imtahan verdi, birinci imtahanda 300 bal yığan cəmi 2 nəfər oldu. Çox acınacaqlı durumdur. İllərlə repetitor yanına hazırlıq kurslarına gedən uşaqlar heç 100 bal belə yığa bilmədi. Təbii ki, bununla bağlı kifayət qədər şərhlər var. Onlardan biri də uşaqların təhsildən uzaq qalmaqlarıdır. Azərbaycanda hələ onlayn təhsilin ciddiyyəti dərk edilmir – bəlkə də 10 il sonra biz bunun nə olduğunu başa düşəcəyik. Azərbaycan sadəcə Bakıdan ibarət deyil, regionlarımız da var, burada internet problemləri müşahidə olunur, halbuki kənd yerlərində də həqiqətən savadlı, təcrübəli müəllimlər kifayət qədərdir. Lakin onlar kompüterdən yaxşı istifadə edə bilmirlər, onlayn təhsil verməyi bacarmırlar. Ona görə də təhsil sahəsində ciddi zərbə yaşamışıq, böyük yara yaranıb”.

Müsahibimiz bildirib ki, əyani dərslərə başlamaqda gecikmişik:

"Nəinki, orta məktəblərdə, eyni zamanda da ali təhsil müəssisələrində buna gec qalmışıq, dərslər mütləq əyani olmalıdır. Gələn il də şagirdlərin göstəriciləri ilə bağlı eyni şeyləri yaşaya bilərik – nəticə zəif olacaq,  uşaqların özlərinə gəlməsinin çətin olma ehtimalı var. Distant təhsilə hələ ki qarşıyam, çünki hazır deyilik. Bəli, təhsil ocaqlarında xarici universitetlərdə, yaxşı yerlərdə təhsil almış işçilər, rəhbərlər var. Onlar kütləni sadəcə öz beyinlərinə görə idarə edirlər. Bu, çox səhv addımdır. Özümüzü o insanların yerinə qoymalıyıq – onlar texnikanı operativ istifadə edə bilmirlər, bu gün "Whatsapp"dan belə istifadə edə bilməyən savadlı kimya, tarix və b. sahələr üzrə müəllimlər var. Bu müəllimlər necə distant təhsil verə bilər? Sistemi idarə etməyi bacarmırlar. Hətta bəzi gənclərimiz kompüterdən necə istifadə edəcəklərini bilmirlər. Regionlarda məktəblərin, gənclərin inkişaf mərkəzləri yaradılsa da, sadəcə binalar var, içi boşdur”.

Ekspert gənclərin düzgün şəkildə məşğuliyyətə cəlb olunmadığını əlavə edib:

"Bu gün bölgələrimizə nəzər salsaq, məsələn, Gədəbəydə uşaqlar üçün futbol meydançası yoxdur. Bunun kimi bir neçə misal çəkmək olar. Ucqar rayonlarda gənclərin vaxtını keçirəcək məşğuliyyət yoxdursa, onlar nə etməlidir? Halbuki, həmin yerlərdə kifayət qədər çay ocaqları var və gənclər günlərini oralarda keçirirlər. Həmin şagirdlərdən hansı nəticəni gözləyə bilərik? 

Bu gün gənclərimizin nəyə meyil etdikləri gün kimi aydındır. Hər kəs sosial media fenomeni olmaq istəyir. "Oxumaq nəyimə lazımdır, sosial şəbəkələrdə tanınıb reklam qəbul edərəm, pul qazanaram” kimi cümlələrlə özlərini ovudurlar. Cəmiyyət nəyi qınağa çəkdiyini, nəyi müzakirə etdiyini də bilmir. Gənclərimizi ciddi mənada məşğuliyyətə, peşələrə, ali təhsil ocaqlarına cəlb etmək lazımdır”.

MÖVZU: Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

QEYD: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb. 

Günay Rəsulqızı
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1

“Azərbaycan xalçası-ilmələrin rəqsi” - Yeni kolleksiya bu tarixdə təqdim ediləcək

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və eyniadlı kitab iyunun 3-də Heydər...

“İdeyadan biznesə”: Pre-inkubasiya proqramına start verildi - FOTOLAR

“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Gənclər Fondu, BMT-nin İnkişaf Proq...

Əli Abdullayev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən çıxarıldı - SƏBƏB

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsi ləğv olunduğu üçün bu vəzifəni icra edən Əli...

Bakının mərkəzi yolları və prospektlərində tıxac var - SİYAHI

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.   Mərkəzdən...

Bakıda avtoşluq edən əsgərlə bağlı YENİ XƏBƏR -  Cinayət işi başlanıb - VİDEO

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər Məlikov Əziz Soltanpaşa oğlunun qanunsuz hərəkətləri, o cümlədən xidmət yerini özbaşına tər...

Bakı səmasında əzələ nümayişi: “MİQ-29”, “NF-5” və “F-16” nələrə qadirdir? - FOTO

Bir neçə gündür, Bakı səmasında döyüş təyyarələri dövrə vurur, müxtəlif tryukları məşq edir. Uçuşlar “TEKNOFEST Azərbaycan” festivalına hazırlıq çər...