Azərbaycanda daha 3 federasiyanın statusu dayandırıldı

Azərbaycanda daha 3 federasiyanın statusu dayandırıldı
Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib.
 
Sfera.az xəbər verir ki, iclasda, ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi barədə xüsusi komissiyanın arayışı müzakirə edilib. "Azərbaycan Atletika Federasiyası” İB, "Azərbaycan Ağır Atletika Federasiyası” İB, "Azərbaycan Basketbol Federasiyası” İB-nin akkreditasiyaları təsdiqlənib. Bundan başqa, "Azərbaycan Sindo-Ryu və Pençak Silat Federasiyası", "Azərbaycan Məktəb İdmanları Federasiyası” İB və "Azərbaycan Karlar İdmanı Federasiyası” İB-nin federasiya statusları dayandırılıb.

Qeyd edək ki, nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, Kollegiya qərarı ilə bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 20-yə çatıb. Ümumilikdə, 22 federasiyanın isə statusu dayandırılıb. Federasiyaların statusuna baxılması prosesi davam edir.
 

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...