İranda edam hökmlərinin sayı 25 faiz artıb

Media
15:51 / 28.04.2022
1276
Norveçdə yerləşən qeyri-hökumət təşkilatı və Fransada yerləşən Ölüm Cəzasına Qarşı Təşkilat 2021-ci ildə İranda edamların 25 faiz artdığını bildirib
Sfera.az xəbər verir ki, iki QHT-nin bu gün paylaşdığı hesabatda İranda İbrahim Rəisinin iyun ayında prezident seçilməsindən sonra edam nisbətlərinin artdığı vurğulanıb.
İranda rəsmi media və mənbələrə əsaslanan hesabata görə, 2020-ci ildə 267 nəfər edam edilibsə, 2021-ci ildə bu rəqəm 25 faiz artaraq 333-ə çatıb. Yüz səhifədən çox olan hesabatda bildirilir ki, 2020-ci ildə 9 qadın edam edilibsə, 2021-ci ildə bu rəqəm 17-yə yüksəlib.
Məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı edamların sayı da 25 faiz artıb.
Əzizə Zeynal
Sfera.az