BMT TŞ-nin 5 daimi üzvü ilə bağlı dəyişiklik - Veto hüququ əllərindən alınır?

Media
14:49 / 28.04.2022
1727
BMT Baş Assambleyası Təhlükəsizlik Şurasının 5 daimi üzvünün veto hüququndan istifadəni əsaslandırmasını tələb edən qətnamə qəbul edib. Lixtenşteynin təklif etdiyi layihə TŞ-nin veto hüququna malik 5 üzvünə - ABŞ, Rusiya, Çin, Birləşmiş Krallıq və Fransaya şamil edilir.
Mövzu ilə bağlı Gundem.az-a açıqlama verən Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib ki, Lixtenşteynin təklif etdiyi qətnamə BMT Baş Assambleyası tərəfindən qəbul edilsə də, qəbul edilən qətnamə Təhlükəsizlik Şurasının 5 daimi üzvünü veto hüququndan məhrum etməyəcək.
"Məsələ ondadır ki, 5 daimi üzv bu qətnamədən sonrada veto hüququndan istifadə edəcək, sadəcə, Baş Assambleya toplaşarkən veto hüququndan nə üçün istifadə etdiyi soruşulacaq və veto hüququndan istifadənin əsaslandırılması rələb ediləcək. Bu da bir növ həmin ölkəni qınamaq mahiyyəti daşıyır.
Qeyd edək ki, statistikaya görə, indiyədək veto hüququndan ən çox Rusiya istifadə edib (143 dəfə). Növbəti yerlərdə ABŞ (86), Birləşmiş Krallıq (30), Çin və Fransa (hər biri 18 dəfə) gəlir.