Böyük Britaniya NATO-nu genişləndirmək istəyir

Media
14:26 / 28.04.2022
1732
Böyük Britaniya hökuməti NATO-nun genişləndirilməsi ilə bağlı çağırış edib.
Sfera.az xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bu haqda açıqlama verib.
Onun fikrincə, NATO dünya problemlərini həll etməsi üçün qlobal təşkilata çevrilməlidir. O bəyan edib ki, Şimali Atlantika Müqaviləsi Təşkilatına digər regionların dövlətiləri də qoşulmalıdır:
"Biz həmçinin Avro-Atlantik və Hind-Sakit okean təhlükəsizliyi arasında yanlış seçimi rədd edirik. Müasir dünyada hər ikisinə ehtiyacımız var”.
Vasif
Sfera.az