İlon Mask “Twitter”i niyə aldı? - \"Bu onun qisas planı idi\"

İlon Mask “Twitter”i niyə aldı? - \
İlon Maskın "Twitter”i 44 milyard dollara satın alması ilə bağlı bir çox iddialar irəli sürülüb.
 
Sfera.az bildirir ki, ABŞ-da texnologiya şirkətlərinin yerləşdiyi Silikon Vadisində Maskın bu hərəkəti ilə dostu, "Twitter”in qurucusu Cek Dorsinin qisasını aldığı deyilir. Belə ki, Mask və Dorsey əvvəllər sosial şəbəkədə kripto pul və "web3” kimi qarşılıqlı maraqlarını müzakirə etməklə yanaşı, layihələri üçün də dəstək mesajlarını paylaşıblar. Dorsey 2006-cı ildə təsis etdiyi "Twitter”in baş direktoru vəzifəsindən keçən il şirkətdə böyük paya malik olan "Elliott Management”in təzyiqləri ilə istefa verib. Ardınca İlon Dorsiyə dəstək mesajı göndərib: "Mən Dorsini dəstəkləyirəm. Onun yaxşı ürəyi var”.

 İndi "Twitter”in yeni sahibi Maskın "ifadə azadlığı” anlayışının demokratiyanı təhlükəyə atacağına dair narahatlıqlar olsa da, Dorsinin satışdan məmnun olduğunu açıqlaması diqqət çəkib. Baş direktor vəzifəsini tərk etsə də, "Twitter”in direktorlar şurasında olan Dorsinin şirkətin ilkin olaraq baxdığı satış təklifini Maskın xeyrinə yekunlaşdırdığı iddia edilib. Silikon Vadisinin ən nüfuzlu texnoloji jurnalistlərindən biri olan Kara Sviser, "Satış internet nəhənglərinin bıçaq çıxarmaq versiyasına bənzəyir”, - deyə bildirib. Silikon Vadisindəki vençur kapitalisti David Saks da satışın Dorsinin qisas planı olduğunu irəli sürüb.

Başqa bir iddiaya görə, İlon Mask "Twitter”i almaqla "ulduz”a çevrilərək qazanc əldə etməyi planlaşdırır. "Bloomberg”in əməkdaşı Matt Levin, "Mask gücünü artırmaq üçün "Twitter”dən istifadə edəcək. Birbaşa ictimaiyyətə çatmaq, qarşıdakı günlərdə onun üçün böyük dəyər yaradacaq", - deyib.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bu il dollar 5 faiz bahalaşıb - STATİSTİKA

ABŞ dollarının məzənnəsi 2024-cü ilin əvvəlindən bəri təxminən 5 faiz yüksəlib.  Sfera.az xəbər verir ki, dolların qlobal məzənnə dəyərini göstərən Do...

Prezident Aydın İbadovu vəzifəsindən AZAD ETDİ - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Sərəncam imzalayıb.   Sfera.a...

"Utancvericidir və bu davranışı sonuncu dəfə qəbul edirəm" -  Maurisio Poçettino

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino İngiltərə çempionatının 33-cü turunun "Everton"la oyunundan danışıb.   Sfera.az bildi...

Kibertəhlükəsizlik üzrə reytinq açıqlandı - Azərbaycan neçənci yerdədir? 

Estoniyanın e-İdarəetmə Akademiyasının hazırladığı növbəti Kibertəhlükəsizlik üzrə Milli İndeks (National Cyber Security İndex 2024) açıqlanıb.   Sfe...

Həkimdən bu şəxslərə XƏBƏRDARLIQ! - “Kişilər 45, qadınlar isə 55 yaşdan sonra..." 

“Kişilərin 45, qadınların isə 55 yaşdan sonra ildə bir dəfə kardioloji “check-up” müayinəsindən keçməsi tövsiyə olunur”.   S...

Aprelin 16-sı Ümumdünya Səs Günüdür

Səs gününün qeyd olunmasına 1998-ci ildə Braziliya Lorinqologia və Səs Cəmiyyətinin təşəbbüsü ilə başlanılıb.   Sfera.az xəbər verir ki, 2002-ci ildə...