“Koroğlu”da qəza, ölən var

Hadisə
09:53 / 28.04.2022
1033
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Sfera.az-ın məlumatına görə, Bakı Metropoliteninin "Koroğlu” stansiyasının qarşısında yeraltı piyada keçidinin yaxınlığında avtomobil Heydər Əliyev prospektini keçməyə çalışan gənci vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
İlkin araşdırmalardan sonra məlum olub ki, ölən şəxs 1993-cü il təvəllüdlü Rəsul Yusifovdur.