Dünya Bankından QORXULU XƏBƏRDARLIQ: Böhran 3 il davam edəcək!

Dünya Bankından QORXULU XƏBƏRDARLIQ: Böhran 3 il davam edəcək!
Dünya Bankından qorxulu açıqlama gəlib.
 
Sfera.az bildirir ki, qurum Ukraynadakı müharibənin yaxın üç ildə ərzaq və enerji qiymətlərinin bahalaşmasına səbəb olacağı barədə xəbərdarlıq edib. Vaşinqtonda yerləşən Dünya Bankı, 2024-cü ilin sonuna qədər müşahidə olunacaq yüksək xərclərin, qlobal böhrana gətirib çıxaracağını və bunun üç il davam edəcəyini əlavə edib.

Bankın son araşdırmasına görə, son iki ildə dünyada 1973-cü ilin neft böhranını, 2008-ci ilin isə ərzaq və gübrə qiymətlərini xatırladan artım müşahidə olunub. Enerji və ərzaq xərclərinin indiki səviyyələrindən qalxacağı ehtimal edilsə də, 2024-cü ilin sonuna qədər onların son beş ilin orta göstəricisindən yuxarı olacağı proqnozlaşdırılır.

Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində yaranan ticarət və istehsalatdakı fasilələr nəticəsində Bank bu il enerji qiymətlərinin 50% artacağını qeyd edib. Qurum, Brent markalı neftin qiymətinin 2022-ci ildə orta hesabla 100 dollar/barel olacağını, 2013-cü ildən bəri ən yüksək səviyyəni və 2021-ci illə müqayisədə isə 40%-dən çox artmasının gözlədiklərini bildirib: "2023-cü ildə qiymətlərin 92 dollara düşəcəyi gözlənilir, lakin bir barel üçün beş illik orta hesab 60 dollardan xeyli yuxarı qalacaq”

Məlumata görə, Avropada qaz qiymətlərinin 2022-ci ildə 2021-ci ilə nisbətən iki dəfə, kömür qiymətlərinin isə 80% daha yüksək olacağı gözlənilir. Bank, həmçinin bu il buğda qiymətlərinin 40%-dən çox artacağını da əlavə edib.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR